Türkiyəli ekspert:Ermənistanda hakimiyyət uğrunda mübarizə Qarabağ məsələsi ətrafında qurulub

 

Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda problemlə üzləşib.

Bunu Trend-ə "Strategic Outlook” beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu deyib.

Ekspertin sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həm Ermənistanın xarici siyasi probleminə, həm də daxili siyasət alətinə çevrilib:

"Düşünmürəm ki, Ermənistan Qarabağ məsələsi ilə bağlı ritorikasını dəyişəcək, çünki ölkədə hakimiyyət uğrunda mübarizə bu məsələ ətrafında qurulub. Əgər kimsə bu məsələdə ölkənin mövqeyini dəyişmək istəsə, növbəti gün o, artıq hakimiyyətdə olmayacaq”.

Baş nazir Nikol Paşinyanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması barədə fikirlərini şərh edən ekspert qeyd edib ki, Ermənistan həmişə Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu deyir və bu, ilk dəfə N.Paşinyan tərəfindən irəli sürülmüş təklif deyil.

Ekspert əlavə edib ki, hazırkı şəraitdə Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkün deyil.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300