"WhatsApp" milyonlarla istifadəçisini bloklayacaq –BƏD XƏBƏR
Avropa Şurasının yeni Məlumatların Mühafizəsi Qaydalarına müvafiq olaraq"WhatsApp" sosial şəbəkəsi milyonlarla istifadəçisini itirəcək.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa Şurasının yeni qaydalarına əsasən 16 yaşdan kiçik olan şəxslər votsappda əngəllənəcək. Bu isə o deməkdir ki, bir müddət öncə 13 yaşdan yuxarı hər kəsin bu sosial şəbəkəyə daxil olmasına icazə verən "WhatsApp" milyonlarla istifadəçisini itirəcək.
Camal, Sfera.az