İspaniyanın vergi orqanları Ronaldudan 28 mln. avro tələb edir

 

İspaniyanın vergi orqanları Portuqaliya yığması və "Real”ın hücumçusu Kriştianu Ronaldunun vergidən yayınma işi üzrə həbs cəzasından yayınmaq üçün 14,7 milyon avro ödəmək haqqında təklifini rədd edib.

"Report” xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri yazıb.

Qəzetin məlumatına görə, vergi xidməti istəyir ki, 33 yaşlı futbolçu borcu ilə yanaşı cərimələri, həmçinin faizləri və digər xərclər də daxil olmaqla ümumilikdə 28 milyon avro ödəsin. Ronaldu bu məbləği iyunun 15-dək ödəməlidir, əks təqdirdə Dünya çempionatı – 2018-dən sonra o, məhkəmə qarşısına çıxmalı olacaq.

Ronaldu 2011-2014-ci illərdə 14,7 milyon avro həcmində vergidən yayınmaqda ittiham olunur. Prokurorluq hesab edir ki, futbolçu yaratdığı biznes qurumdan imic hüququndan əldə etdiyi gəlirləri azaltmaq məqsədi ilə istifadə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300