"Xalq artisti” adının imtiyazları

 

Əhməd Qəşəmoğlu: "Sanki bu ad xüsusi keyfiyyət nişanıdır...”

Məlum olduğu kimi, bir neçə gün öncə ölkə prezidenti bir sıra incəsənət və mədəniyyət nümayəndələrinə fəxri adların verilməsi haqda sərəncam imzaladı. "Xalq artisti” fəxri adı alanların sırasında Emin Ağalarov, Elnarə Kərimova, Aygün Səmədzadə, Murad Dadaşov, Naibə Allahverdiyeva, Sabir Məmmədov, Natiq Şirinov və digərləri var.

Lakin bu dəfə də fəxri adların verilməsi ilə bağlı sərəncam imzalandıqdan sonra bəzi sənətçilər öz adlarını bu siyahıda görmədiklərindən giley-güzar etdi. Bu məsələ müğənni Nadir Qafarzadəni isə özündən çıxartdı. Müğənni sosial şəbəkədə öz etirazını bildirdi. Heç bir fəxri ad ala bilməyən müğənni Xatirə İslam da bu narazılığa qoşuldu.

Maraqlıdır, bəs "Xalq artisti" adının imtiyazları nədən ibarətdir?

Öncə qeyd edək ki, fəxri adların verilməsi sovet dövründən bu günə qədər qalan ənənədir. Məlum olduğu kimi, sovet dönəmində "Xalq artisti”, "Əməkdar artist”, "Əməkdar incəsənət xadimi”, "SSRİ xalq artisti”, "Xalq şairi” və s. bu kimi fəxri adlar "yuxarıdan” göstərişlə verilirdi. Beləliklə, fəxri ad almış şəxslər bununla fəxr edir, daha da ruhlanırdılar.

Bu gün fəxri ad alan incəsənət və mədəniyyət nümayəndələri ayda 100 manat təqaüd alırlar. Təbii ki, fəxri adlar həm də təqaüd, bəzən ev, maşın deməkdir.

Lakin bununla belə, cəmiyyətimizdə sovet dövründən sonra da fəxri adların verilməsi birmənalı qarşılanmır. Hətta fəxri ad almış insanlar belə, bəzən bu ənənənin davam etdirilməsini gərəksiz sayır. Çünki dünyanın inkişaf etmiş ölkələrində bu cür ənənə yoxdur. Məsələn, Pavorotti, Xose Karears və bu kimi dünya şöhrətli ifaçıların heç də "Xalq artisti” və ya "Əməkdar artist” kimi fəxri adları olmayıb. Hətta sovetlər birliyi dağıldıqdan sonra bir çox ölkələr bu cür ənənəyə son qoydu.

Bu baxımdan, ölkəmizdə də çoxları fəxri adların ləğv olunmasını, əvəzində yaradıcı insanlara kifayət qədər maddi yardım ayrılmasını tövsiyə edirlər.

Sosioloq Əhməd QÉ™à ŸÉ™moğlu ile ilgili görsel sonucu

 

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı "Yeni Müsavat”a danışdı:"Fəxri ad verilən şəxslərin əmək haqları da artırılır, eyni zamanda fəxri ad aldığı üçün dəvət olunduğu tədbirlərdə fərqləndirilir, dəyərləndirilir. Sovet dövründən qalma bir ənənəyə görə Fəxri Xiyabanda dəfn olunur və sairə. Yəni bir sözlə, onların yüksək imtiyazları var. Sanki bu ad xüsusi keyfiyyət nişanıdır. Lakin mənim üçün də bir sosioloq olaraq çox maraqlıdır ki, bu qədər adama ”Xalq artisti" adını vermək nə dərəcədə doğrudur? Çünki bu ada layiq görülənlərin adını ilk dəfə idi ki, elə həmin siyahıda gördüm. Onların arasında eləsi var ki, biz onu tanımırıq. Mən də bu xalqın bir sosioloqu, mətbuatı, medianı izləyən bir şəxs kimi deyə bilərəm ki, ilk dəfə onların adına rast gəlirdim. Digər tərəfdən, düşünürəm ki, bu məsələyə bir qədər ehtiyatlı yanaşmaq lazımdır. Çünki hər dəfə bu qədər insanın "Xalq artisti” adını alması bir gərginlik yaradır, ədalətli-ədalətsizlik məsələsi ortaya gəlir. Görünür ki, bu məsələdə konkret bir mexanizm yoxdur. Düşünürəm ki, konkret meyarlar olanda narazılıqlar da yaranmaz. Məsələn, insanlar biləndə ki, bu məsələdə meyarlar yoxdur, müxtəlif amillər rol oynayır, onda təbii ki, çox adam bu adı almaq istəyir.

Bu günə qədər yadımdadır ki, məktəbli olarkən bir müəllimə fəxri ad verilmişdi. Özünü haqlı olaraq həmin müəllimdən üstün tutan digər müəllimlər buna narazılıq edirdi. Yadımdadır ki, o müəllimlərdə bir ruh düşkünlüyü yaranmışdı. Bunun üçün də düşünürəm ki, bundan sonra fəxri adlar veriləndə məsələyə ehtiyatla yanaşmaq lazımdır. Məsələn, bizim çox gözəl xalq artistlərimiz, rəssamlarımız var ki, biz onlara böyük dəyər veririk. Lakin bu qədər insana "Xalq artisti” fəxri adı veriləndə sanki onların da statusu bir qədər azalmış olur. Məsələn, biri var ki, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Anar xalq yazıçısıdır, biri də var ki, tanımadığın bir sənətçiyə "Xalq artisti” adı verilsin. Statuslarına görə onlar artıq yan-yana durmuş olurlar. Zamanında Xan Şuşinskiyə, Şövkət Ələkbərovaya xalq artisti adı verilib, indi isə bəzən öz davranışları ilə nüfuz qazana bilməyən, rəğbəti olmayan biri bu gün xalq artistidir".

Xalidə GƏRAY, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300