Ukraynaya mühacirət etmiş rusiyalı jurnalistin yazısı heyrət doğurdu

Rusiyalı jurnalist Yekaterina Makareviç Ukraynaya mühacirət edib. Jurnalist Ukraynadakı təəsuratlarını öz statusunda paylaşıb və bu yazı sosial şəbəkədə heyrət doğurub, çünki Makareviç konkret faktlarla Rusiya cəmiyyəti ilə Ukrayna cəmiyyətini müqayisə edib və özünün rus olmasına rəğmən, ukraynalıların daha istiqanlı və insanpərvər olduqlarını ifadə edib.

Jurnalist yazıb: "Mən Kiyevə yeni gələndə, məndən əvvəl bura köç etmiş insanlar tez-tez mənə deyirdilər ki, "burada isinəcəksən”. Əvvəl mən bu ifadəni dərk edə bilmirdim, amma indi başa düşürəm. İsinmək – bu o deməkdir ki, sən küçədə gedirsən, insanlar öz ayaqları altına deyil, sənin gözlərinə baxır. Həm də fərq etməz, bu gənc insanlardır, yoxsa yaşlı nəslin nümayəndələri. Bunu necə izah edəcəyimi bilmirəm, sanki bu gözlər vasitəsi ilə ünsiyyətdir, fikirlərlə. Sanki səndən soruşurlar: "necəsən?”

Bu gün küçə ilə gedərkən gözümə nəsə düşdü. Gözlərim yaşarır, gözümə düşəni çıxarmağa çalışıram. Eyni zamanda görürəm ki, insanlar sənin gözünün içinə baxaraq hər şeyin qaydasında olub-olmamasını soruşurlar və sən də gülümsəyirsən, bu sənin üçün xoşdu. İsinmək – sən görüşə tələsərkən qarşıda gedən nənənin sənə yol verməsidir. Bu mənim üçün qeyri-adi bir şey idi. Tanımadığın bir adamın sənin vaxtını dəyərləndirir – bu qiymətsiz bir hissdir!

İsinmək – hiss edirsən ki, metronun qapılarını sənə görə bağlanmağa qoymurlar. İlk anlar sən sadəcə gəlib keçirsən, səndən arxadakıları düşünmədən, amma bir müddət keçəndən sonra sən də başqaları üçün qapını saxlamağa çalışırsan. Ilk başıxdan xırda bir şeydir, amma başqalarının sənə qarşı diqqəti səndə də başqalarına diqqət formalaşdırır.

İsinmək – sən kiməsə "gecən xeyrə qalsın” söyləyirkən əvəzində "təşəkkür edirəm” eşitməkdir. Vaxt keçdikcə hiss edirsən ki, "çox sağ olun” və "təşəkkür edirəm” ifadələrini sən daha çox eşidirsən. Ona görə ki, belə qəbul olunub. Və sadə sözlərdə ilahi duyğu, ruzi-bərəkət diləyi eşidirsən. Hətta dindar olmaq da vacib deyil, sadəcə özün üçün "şükranlığın” dərinliyini kəşf edirsən.

İsinmək – müxtəlif sosial təbəqələrə aid insanların səninlə ünsiyyət qurmağa hazır olması deməkdir. Hətta ağlına belə gəlməyəcək insanların. Amma sən onlarla qarşılaşırsan və birgə müzakirələr aparırsız. Yeri gəlmişkən, burada insanlar dinləməyi və eşitməyi bacarırlar. Müqayisə etmək istəməzdim, amma Moskvada statusu olan insanlarla söhbət edərkən hiss edirdim ki, onlar əsasən özləri ilə danışırlar və bəzən sənə də bir-iki söz deməyə imkan yaradırlar.

Isinmək – bir gəncin polis təqib edərkən dünyasını dəyişməsinin ictimai müzakirə mövzusu olmasını dərk etməkdir. Görəndə ki, polis özü də müzakirələrdə iştirak edir və cəmiyyətdən kömək və anlayış istəyir, polislərin silahdan istifadə etmək səlahiyyətlərinin məhdulaşdırılması/məhdudlaşdırılmaması müzakirə edilir, bu an artıq şablon fikirlərin partlayışı baş verir. Və düşünürsən: "Bu ki, əladır!” – cəmiyyətin fikri onlar üçün vacibdir.

İsinmək dəhşətli dərəcə xoşdur. Həm də isinmək üçün hazır olmaq vacibdir. Qapanmaq olmaz. Bu isə insanın özündən asılıdır. Nə deyə bilərəm, Kiyev mənə görə isti qucaqdır. Buna görə ukraynalılara "çox sağ olun” deyirəm”.

Azər İsmayıl-bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300