Ermənistanın xarici işlər nazirinin müavini istefa verib
Ermənistanın xarici işlər nazirinin müavini Robert Arutünyan istefa verib.
"Report"un Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan məlumat verib.
Robert Arutünyan Ermənistan Respublikaçılar Partiyasından olan deputat Xosrov Arutünyanın oğludur.
O, nazir müavini vəzifəsinə 2016-cı ilin martında təyin edilmişdi.