Nazirin döyüşçülərə və əlillərə verdiyi vədlər satışa çıxarılıb - ''Amal 2015'' barəsində şok detallar aşkarlanıb - FOTO/VİDEO
Redaksiyamıza dövlət hesabına tikilən evləri başqalarına
satmış "Amal 2015” MMC ilə bağlı yeni şikayət daxil olub. Bu dəfə şikayət edən
sakin Ağsu rayon,Qarağaclı kənd sakini, Qarabağ qazisi Qədirov Yadigardaır. O
hüquqlarının tapdalandığını bildirir. Qeyd edir ki, uzun illərdir Qarabağ kimi
ev növbəsinə dayanır. Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir Səlim
Müslümov ona "Amal 2015” MMC-nin dövlət hesabına, Xətai rayonunda əlillər üçün
tikdiyi evdən mənzil verəcəyini vəd etsə də illər keçib, tikilən binada evlər
pul müqabilində başqalarına satılıb. Lakin Y.Qədirov hələ də uçuq daxmada, ailəsi
ilə çox acınacaqlı vəziyyətdə yaşayır.
"Şikayətim evlə bağlıdır. Qarabağ veteranıyam. Ağsu rayon İcra hakiminə və
müavinlərinə müraciət etmişəm. Dəfələrlə Səlim Müslümovun Qəbuluna getmişəm,məni
qəbul etməyib. 2017-ci ildə gəlib Ağsu rayonunda gözəl restarandan birində onu
görmüşəm və ona yaxınlaşmışam. Əlimdə olan şəkilləri ona göstərmişəm.Həmin şəkillər
necə açınacaqlı şəraitdə yaşadığımızı göstərirdi.Vəziyyətimin ağır olduğunu
bildirmişəm. Demişəm ki, bəs mənim evim yoxdur,Qarabağ vtetranıyam. O isə sənədlərimi
alaraq mənə deyib ki, get arxayın ol. "Amal 2015”MMC Xətai rayonunda əlillər
üçün ev tiki. Bina hazır olan kimi sənə 3 otaqlı mənzil veriləcək.”-deyə Y.
Qadirov müxbirimizə bildirib.
Y.Qadirov əlavə olaraq bildirib ki, bu müddət ərzində məsələ ilə bağlı heç bir
xəbər ala bilməyib.Hətta onunla bərabər Səlim Müslümov Qarabağ veteranı olan
onun qonşusuna da 4 otaqlı ev söz veribmiş. Bu yaxınlarda isə Bakıya şəhərinə gəlib
və məsələ ilə maraqlanıb.Eşittikləri isə onu şoka salıb:
" Xəbər tutdum ki, bizə söz verdikləri mənzilləri pul müqabilində başqa
adamlara satıblar. Mən buradan kömək üçün ölkə prezidenti İlham Əliyev cənablarına,
birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Bizi bu cür məmurların
əlindən qurtarsınlar. Axı, bizim də övladlarımız var.Haqqımıza giriblər, Dövlət
hesabına tikilən o mənzillər bizim üçün-qazilər,şəhid ailələri, əlillər üçün
tikilib. Xahiş edirəm ki, bizim üçün tikilən evlərin özümüzə qaytarılmasına kömək
etsinlər”- deyə Y.Qadirov redaksiyamız vasitəsi ilə ölkə başçısına müraciət
edib.
Bir neçə gün əvvəl dövlət hesabına əlillər üçün tikilən evlərin Səlim Müslümov
tərəfindən necə mənimsənilməsi ilə bağlı cianews.info-ya daxil olan ilginc məlumatı
dərc etmişdik. Məlumatda 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən Xətai rayonu, N.Tusi küçəsi-63 (Neapol və Ukrayna dairələrinin
kəsişməsi) ünvanda 1.7 ha sahədə əlillər üçün 2 ədəd 1 girişli 15 mərtəbəli
yaşayış binasının tikildiyini, tikintini tenderdə formal olaraq keçmiş nazirin
örtaqlığı olan "Amal 2015”MMC-nin uduğunu, həmin şirkəti keçmiş nazirin yaxın
qohumlarının və dostlarının yönəltiyi, əslində isə şirkətin qeyri-rəsmi
sahibinin də elə Səlim Müslümov olduğu bildirilirdi.
Artıq saytımızın əldə etdiyi məlumatlar bir daha "Amal 2015”MMC-nin Səlim
Müslümova aid olduğunu və əlillər üçün tikilən evlərin də elə keçmiş nazir tərəfindən
satılaraq mənimsənildiyini sübut edir. Məlumatda qeyd edilir ki, Səlim Müslümov
dövlət tərəfindən ona verilmiş evdən çıxarılır. Bu səbəbdən "Amal 2015”MMC tərəfindən
Xətai rayonu, N.Tusi küçəsi-63 (Neapol və Ukrayna dairələrinin kəsişməsi) əlillər
üçün tikilən 2 ədəd 1 girişli 15 mərtəbəli (əslində isə bina 4 bloklu olduğu
real faktlardan birisidir) yaşayış binasında xüsusi olaraq keçmiş nazirin
yaşaması üçün mənzillər ayrılıb. Hazırda orada super təmir gedir və yaxın
vaxtlarda Səlim Müslümovun ora köçəcəyi bildirilir.
Səlim Müslümovun "qara kassası" Kamal Quliyev
Xatırladaq ki, əlillər üçün binanı tikən "Amal 2015” MMC-ni yönəldən keçmiş
nazirin yaxın dostu Kamal Quliyev və qaynı Xasayev Ağaxandır. Əlillərə tikilən
evlərin satışı da bu şəxslər vasitəsi ilə həyata keçirilir. Qeyd olunur ki, bu
şəxslər əlillər üçün tikilən evləri əsasən "Həzi Aslanov” metrosunun
yaxınlığında yaşayan Azər adlı makler vasitəsi ilə Səlim Müslümova iaşiə
obyektlər və qeyri yaşayış sahələrinin gizli şəkildə yaxınlarının adına
alınmasında böyük rolu olmuşdur. Azər adlı makler Səlim Müslümovun qara kassası
kimidə Xətai rayon ərazisində tanınmaqdadır. Kamal Quliyev də elə Azərin vastəsi
ilə keçmiş nazirə bir neçə mülk satdıqdan sonra tanış olub. Sonradan bu
tanışlıq dostluğa və ortaqlığa çevirilib ki hal-hazırda ortaqlıq məsələsidə
davam etməkdədir. Əgər belə olmasaydı yəqin ki, Əlillərin adına tikilmiş
yaşayış binasında Səlim Müslümova lüks mənzil təmirinə start verməzdi - desək
yanılmarıq. Azər həm də bu günə qədər Səlim Müslümova müxtəlif vaxtlarda şəhərin
müxtəlif yerlərində bahalı mülklərin, villaların alınmasında və onun
yaxınlarının adına sənədləşdirilməsində də əsas vasitə olub. Əlillər üçün tikilən
və Səlim Müslümovun yaxınları tərəfindən rüşvət müqabilində başqalarına və
saxta əlillərə satılan evlərdən gələn gəlir isə keçmiş nazirin yaxınlarının
adına alınmış tərpənməz əmlaka sərf olunub. Həmçinin daxil olan məlumatlarda
vaxtı ilə media qurumlarında katibəsinə 11.000 manat dəyərində ətir bağışlayan
nazir Səlim Müslümov həmin xanım işçisinədə məhz bu 4 bloklu əlillər üçün nəzərdə
tutulan binadan mənzili hədiyyə etməzdi. Hazırda bahalı hədiyə etdiyi xanımla
eyni binada qonşu olacağı bəlkədə ağlına belə gəlməyən eks nazir Ağsu rayon və
Bakıda məskunlaşan Qazilər Əlillər və Şəhid ailələrinə "AMAL 2015"
MTK-dan mənzil söz verərək daha sonra onları aldatmağa cəhd etməzdi. Ağsu
rayonundanda əldə etdiyimiz məlumatlarda həmyerlilərini aldadaraq Xətai
rayonunda 4 bloklu binanın başa çatar-çatmaz mənzil verəvəyini vəd edən
S.Müslümov artıq özü həmin Yaşayış binasına köçmə hazırlığındadır. Həmçinin qeyd
edək ki, dövlət büdcəsindən öz məqsədləri üçün talançııq siyasətinə üstünlük
verən SƏlim Müslümovun Ağsuda olan qeyri qanuni yollarla əldə edilmiş avtomobil
və digər bahalı mülklərinə artıq həbs qoyulub. Paytaxtdan Ağsuya gedən nazirlik
əməkdaşları nazirliyə məxsus avtomobilin yaxın qohumlarının istifadəsindən məcburi
alaraq aidiyyatı yerə gətirilməsini təmin etmişdirlər. Bu tərpənməz əmlakların
isə dəyərinin 10 milyonlarla ölçüldüyü bildirilir.
Araşdırmamız davam edir.