Sabiq nazirin atasının heykəli uçuruldu - EKSKLÜZİV
 
Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adını daşıyan türk liseyinin önündəki abidə sökülüb. Bu barədə Naxçıvanda yaşayan jurnalist, ictimai fəal Həkimeldostu Mehdiyev sosial şəbəkədə yazıb.


Onun sözlərinə görə, Əhməd Mahmudovun heykəlinin sökülməsinə Naxçıvan MR-in tikinti naziri Asəf Məmmədov başçılıq edib. Nazirin göstərişi ilə hərəkət edən fəhlələr tanınmış alimin heykəlinin başına ip bağlayaraq, texnikanın gücü ilə dartıb yerə sərib, demontaj ediblər.







Əhməd Mahmudov


Oğlunun nazir olduğu vaxt 

Qeyd edək ki, sabiq nazirin atası Əhməd Mahmudov 1923-cü ildə Naxçıvanın Gəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. AMEA-ının İqtisadiyyat İnstitutunun direktoru, akademiyanın həqiqi üzvü olub.

Qeyd edək ki, professor Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300