Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı- Fotolar

 

Azərbaycan ordusunun 100 illiyi ilə bağlı ilk milli fantastik pullar hazırlanıb.


Uluyol.az xəbər verir ki, bu barədə Lent.az-a kolleksiyaçı Çingiz Həziyev məlumat verib. Kolleksiyaçının sözlərinə görə, ilk fantastik pulların mövzusu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyidir: "Bunlar qiymətli kağız, pul əskinası sayılmır. Fantaziya pulları sırf kolleksiyalar və kolleksiyaçılar, hədiyyə üçün nəzərdə tutulub. Mənim ikinci sənətim rəssamlıqdır.

Oturub fikirləşdim ki, yüzilliklə bağlı nə edə bilərəm. Fantastik pullarımızı buraxmağı qərara aldım. 100 il ərzində silahlı qüvvələrimizin sərkərdələrinin şəkilləri olan fantastik pullar hazırladım. Üç-dörd ay pulun kompüterdə yığılma sisteminə zaman xərcləmişəm. Bütün pulların üzərinə "kolleksiya üçün” yazısı həkk olunub”.

İlk milli fantastik pulların müəllifi Çingiz Həziyev onu da qeyd edib ki, bu pullar satış üçün nəzərdə tutulmayıb. Onun sözlərinə görə, əlli manatlıq əskinasın üzərində şəhid Mübariz İbrahimovun şəkili və onun keçdiyi döyüş yolu öz əksini tapıb:

"Pulun ön və arxasında mənim imzam, eyni zamanda, ordumuzun gerbi, müasir Azərbaycanın xəritəsi burada həkk edilib. 250 manatda Cümhuriyyət dövründə hərb naziri Səməd bəy Mehmandarova həsr olunub. Pulun arxasında cümhuriyyət dövründəki xəritəmizi vermişəm. Eyni zamanda, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova, Şah İsmayıl Xətaiyə, Məhəmmədəmin Rəsulzadəyə həsr olunmuş pullar da hazırlanıb Cümhuriyyət qurucuları ilə hazırladığım pulları həmin dövrün əskinaslarına oxşatmağa çalışmışam. Bir daha qeyd edirəm ki, bu pullar hədiyyə və kolleksiyalar üçündür”.

Kolleksiyaçı maddi və mənəvi irsimizin yaralı yeri olan, ermənilərin sahiblənməyə çalışdığı "Sarı gəlin”lə bağlı da fantastik pul hazırlayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300