Azər Qasımlı Baş Prokurorluğa çağırılıb

 

"ReAl” hərəkatının Məclis üzvü Azər Qasımlının saxlanılması ilə bağlı məlumatlar yayılıb.Hərəkatın icra katibi Natiq Cəfərli "Qafqazinfo”ya açıqlamasında bildirib ki, A.Qasımlı bu gün günorta saatlarında Baş Prokurorluğa çağırılıb:

"Ona bildiriblər ki, rəhbərlik söhbət etmək istəyir. Amma hansı məsələ ilə bağlı çağırıldığı bəlli deyil. Ordan sonra da Yasamal Rayon Polis İdarəsinə aparılıb, hazırda oradadır. Onu da bildiriblər ki, polis idarəsinin rəhbərliyi də söhbət etmək üçün çağırıb. Azər Qasımlı Baş Prokurorluğa öz maşını ilə getmədiyi üçün idarəyə prokurorluğun əməkdaşlarından birinin avtomobili ilə aparılıb. Yəni polis maşınında aparılmayıb. Buna görə də saxlanılıb-saxlanılmadığını da dəqiq deyə bilmirik. Onun dəvət olunması ilə bağlı rəsmi açıqlama da yoxdur, özü ilə əlaqə saxlaya bilmirik”.

N.Cəfərli qeyd edib ki, A.Qasımlının Cümhuriyyətin 100 illiyi ilə bağlı paytaxtda keçirilən yürüşlə əlaqədar çağırıldığını təxmin edirlər.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300