Bakıda 10 marşrutun yolu dəyişdi    

 

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

"Qafqazinfo"ya verilən məlumata görə, məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Mövsümi xarakterli dəyişikliyə əsasən, 1 iyun tarixindən etibarən avtobusların hərəkəti aşağıdakı kimi olacaq:

- 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu” stansiyasından "Buzovna” çimərliyinə;

- 108A nömrəli marşrut xətti avtobuslar "Görədil” və "Fatmayı” bağlarına;

- 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin "Sahil” çimərliyinə qədər;

- 171 nömrəli marşrut xətti üzrə avtobuslar Nardaran qəsəbəsi "See Breeze” istirahət mərkəzinə;

- 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu” stansiyasından "Bilgəh” bağlarına;

- 173 və 179 nömrəli marşrut xətti üzrə avtobuslar "Pirşağı” bağlarına və çimərliyinə qədər;

- 185 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar "Qızılqum” sanatoriyasına qədər;

- 189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin "Ləhiş” bağlarına qədər;

- 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə "Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300