NATO Qarabağ münaqişəsinin həllində kömək göstərməyə hazırdır

 

NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında öz köməyini göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yans Stoltenberq NATO Parlament Assambleyasının Varşavada keçirilən yaz sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızının sualını cavablandırarkən deyib.

Sessiyada M.İbrahimqızı Azərbaycanın uzun illərdir ki, ərazisini işğal edən separatçı Ermənistanla mübarizə apardığını diqqətə çatdırıb. Buna cavab olaraq Y.Stolenberq rəhbərlik etdiyi təşkilatın Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərməyə hazır olduğunu vurğulayıb: "Azərbaycanın üzləşdiyi problemi bilirik, lakin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur və biz NATO olaraq bu problemin sülh yolu ilə həll edilməsində öz köməyimizi etməyə hazırıq”.

Qeyd edək ki, mayın 24-28-də Varşavada NATO Parlament Assambleyasının yaz sessiyası keçirilib. Sessiyada Azərbaycanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov təmsil ediblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300