Azərbaycan prezidenti: "Avropanın enerji xəritəsini yenidən tərtib edirik"

 

"Əgər 1920-ci ildə Xalq Cümhuriyyəti süquta uğramasaydı, bu gün biz ən zəngin ölkələrdən biri olardıq".

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.

Dövlət başçısı deyib ki, sonrakı dövrdə Azərbaycan müstəqil olmadığı üçün xalq sərvətlərimizdən bəhrələnə bilməyib: "Sənaye üsulu ilə ilk dəfə neft Azərbaycanda istehsal edilib. Bununla bağlı şəhərimizdə abidə də ucaldılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəlində Azərbaycan dünyada neftin yarıdan çoxunu hasil edirdi. Ancaq o zaman xalq səfalət içərisində yaşayırdı, sənaye inkişafından söhbət getmirdi. Sadəcə, Azərbaycan resurs mənbəyi idi. Azərbaycandan çıxan neft xalqımızın inkişafına xidmət etmirdi. Neftdən əldə olunan gəlir xalqa yönəldilmirdi. Eyni zamanda Abşeron yarımadası ekoloji fəlakətlə üzləşmişdi. Biz bu gün bunu aradan qaldırırıq. Ancaq müstəqillik dövründə xalq öz resurslarından istifadə edə bilər. Biz bu gün belə böyük layihələri tərəfdaşlarımızla icra edir, Avropanın enerji xəritəsini yenidən tərtib edirik”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300