Şəhid Əmrah Yüzbəyovun medalı ailəsinə təqdim olundu /FOTOLAR

Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçusu Yüzbəyov Əmrah Aydınoğlunun təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı bu gün ailəsinə təhvil verilib.

 

Uluyol.az APA-ya istinadən xəbər veirr ki, bu gün şəhidin məzarı önündə tədbir keçirilib.

 

Tədbirdə şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları 2016-cı il mayın 3-də erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Ə.Yüzbəyovun həyat yolundan, onun qəhrəmanlığından danışıblar. Daha sonra şəhidin layiq görüldüyü medal atası Aydın Yüzbəyova təqdim olunub.

 

Şəhidin atası torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300