Türkiyə Prezidentinin baş müşaviri: "Azərbaycan Xalq Cümhuriyyəti qürur yerimizdir"

 

"Azərbaycan Xalq Cümhuriyyəti qürur yerimiz, iftixarımız, yüksək dəyərlərlə tarix yaradan bir quruluşdur".

"Report" xəbər verir ki, bunu "AZƏRTAC"a açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Birinci Dünya müharibəsi dövründə, Azərbaycan Xalq Cümhuriyyəti qurulan ərəfədə, eləcə də Cümhuriyyətimizin süqutundan sonra iki qardaş ölkə arasındakı münasibətləri xatırladan Baş müşavir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün görkəmli siyasi və dövlət xadimi Nəriman Nərimanovdan borc istəməsinə cavab olaraq N.Nərimanovun "Paşam, qardaş qardaşa borc verməz, əl tutar” ifadəsinin nəsillərə örnək olduğunu söyləyib: "Azərbaycanın sürətlə inkişafı Türkiyənin gücünü daha da artırır. Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası və dinamik inkişafı Türkiyədə öz sevincimiz kimi qarşılanır".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300