Müsavat Rəsulzadənin abidəsi önündə bayram mitinqi keçirdi-FOTOLAR

 

Bu gün, mayın 28-də Müsavat Partiyası 28 May – Respublika günü münasibəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndində olan abidəsinin qarşısında Cümhurriyyətin 100 illiyi münasibəti ilə bayram mitinqi keçirdi. Abidə önünə yürüşlə gələn aksiya iştirakmıları, "Azərbaycan!”, "Rəsulzadə”, "Qarabağ”, "Siyasi məhbuslara azadlıq!”, "Müsavat” şüarları səsləndirdilər.

Mitinqin aparıcısı Müsavat başqanın müavini Səxavət Soltanlı Azərbaycanın dövlət himni ilə tədbiri açıq elan etdi.

Mitinqdə, Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Müsavatın Məclis sədri Nüşabə Sadıxlı, Divan üzvləri Yadıqar Sadıqov və Vəfa Cümşüdlü, başqanın müavini Osman Kazımov, istiqlalçı millət vəkili İsgəndər Həmidov, Rəsulzadə irsinin araşdırmaçısı Yasəmən Qaraqoyunlu və digərləri çıxış etdilər.

Çıxışlarda müsavatçılar və bütün cumhuriyyətçilər İstiqlal bayramı münasibəti ilə təbrik edildi. Milli müstəqilliyimizin Rəsulzadə və onun silahdaşlarının zəhmətlərinin bəhrəsi olduğu qeyd edildi. Bildirildi ki, İstiqlala nail olmağımız və onu 70 illik sovet işğalından sonra bərpa etməyimiz xalqımızın azadlığa, demokratiyaya olan münasibətinin göstəricisi, xalqımızın yetkinliyinin nəticəsidir.

Bu gün ölkəmizdə hökm sürən irticanın aradan qaldırılacağına, demokratik mübarizənin qələbə ilə başa çatacağına, Azərbaycan xalqının öz mütəqilliyinə nail olduğu kimi, həm də azad və ədalətli cəmiyyət quracağına inam ifadə edildi.

İ.Qəmbər çıxışında «Cümhuriyyət qurucularına borcumuzu ödəməliyik» dedi. O, mübarizəni davam etdirəcəyinə and içdi. Onunla bərabər meydandakılar da and içərək daha sonra «Azərbaycan» şüarını səsləndirdilər.

Bayram mitinqində məktəbli Humay Əlilinin ifasında Məmməd Arazın "Ayağa dur, Azərbaycan!” şeiri səsləndirildi.

Daha sonra Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən açıq şahmat turnirinin qaliblərinə mükafatlar təqdim edildi.

Mitinqdən sonra müsavatçılar öndərin abidəsi önündə xatirə şəkilləri çəkdilər.

Müsavatçılar bü gün həmçinin Fəxri Xiyabanda milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

 

(bastainfo.com)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300