Daun sindromlu gənc namizəd oldu -Dünyada
ilk
Belçikada daun sindromlu 18
yaşlı gənc bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb.
Teleqraf.com xəbər verir ki, Yaşıllar Partiyasından namizədliyi irəli sürülən Tane Depuyt atası kimi siyasətçi olmaq istədiyini bildirib.
Bundan başqa partiyanın əlil arabasından istifadə edən və danışma imkanlarından məhrum daha iki namizədi var.
Partiya rəhbərliyi hesab edir ki, hər bir vətəndaşa seçkilərdə iştirak etmək imkanı yaradılmalıdır.