2 saylı Doğum Evində baş həkim "bazar” açıb- ŞİKAYƏT VAR
Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində
yaranan vəziyyət olduqca acınacaqlıdır.
Bu barədə dosye.org-a məlumat verən mənbə vurğulayır ki, baş həkim Mehriban
Abasquliyeva xəstəxanaya şəxsi biznesi kimi nəzarət edir. Belə ki, ana olmaq
istəyən qadınlar birbaşa ya özləri, yada yaxınları Mehriban xanımın qəbulunda
olmalıdır. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə xəstəyə təcili yardım göstərilir.
Bu günlərdə 2 saylı Doğum Evində övlad dünyaya gətirən qadın bir daha ana olmaq
istəmədiyini bildirir. Onun dediyinə görə, Mehriban xanımın tələbləri olduqca
yüksək səviyyədədir. Elə bu səbəbdən orda yatan xəstələr mütləq imkanlı
olmalıdır. Əks təqdirdə müraciət edən xəstələr acı hallarla qarşılaşır.
Digər
bir məlumatda isə bildirilir ki, baş həkimin müavini Xanımqız Paşayevanın rolu
pul yığmaqdan ibarətdir.
Maraqlısı budur ki, 2 saylı Doğum Evində açılan "bazar” Səhiyyə Nazirliyi tərəfindən
təbii qarşılanır. Sanki doğum evləri gəlirli obyekt kimi istifadəyə verilib.
Bir daha nəzərinizə çatdıraq ki, 2 saylı Doğum evi Ulu Öndər Heydər Əliyevin şəxsi
təşəbbüsü ilə 1987-ci ildə tikilib və istifadəyə verilmişdir. Doğum evi fəaliyyətə
başladığı gündən qadınlara doğuşayardım xidməti göstərməlidir. Lakin təəsüflər
olsun ki, 120 çarpayıdan ibarət olan xəstəxanada böyük narazılıqlar yaranıb.
Məlumat redaksiyaya daxil olarkən dərhal baş həkim Mehriban Abasquliyeva ilə
telefon əlaqəsi yaratdıq. Telefon zəngimizə cavab verən şəxs özünü baş həkimin
köməkçisi kimi təqdim etdi və məsələnin mahiyyəti barəsində Mehriban xanıma məlumat
verəcəyini söylədi.//dosye.org
Uluyol.az