Binəqədidəki «Oğuzxan» restoranında açıq qumarxana fəaliyyət göstərir –ŞOK ETİRAFLAR
Burda təşkil olunan loto oyununda külli miqdarda pul uduzan vətəndaş nələri söylədi?
 
Hər gün böyük pulların dövr etdiyi obyektin bağlanması vacibdir
 
Bildiyiniz kimi, ölkəmizdə qumar və qumarxanalar rəsmi şəkildə qadağan edilib. Belə ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda bütün kazino və qumarxanaların bağlanması barədə 1998-ci ildə qərar vermişdi. Mövcud qanunvericiliyə əsasən, bu fəaliyyətlə məşğul olmaq cinayət sayılır. Amma buna baxmayaraq, son illər Bakıda və bölgələrdə qeyri-leqal qumarxanaların sayı xeyli artıb. Aparılan araşdırmalar göstərir ki, paytaxtda çay evi, restoran, şadlıq evi, kafe adı altında qumarxanalar fəaliyyət göstərir və hər gün həmin məkanlarda külli miqdarda qara pullar dövriyyə edir.

 Binəqədidəki «Oğuzxan» restoranında açıq qumarxana fəaliyyət göstərir –ŞOK ETİRAFLAR
Bu işdə uduzan vətəndaşlar, qazanan isə bir qrup işbazdır. Qeyd edək ki, son aylar qumar oyunları Bakının bir neçə rayonunda geniş yayılıb. Bu rayonlar arasında Binəqədi rayonu xüsusi yer tutur. Bu rayonun ərazisində loto-qumar məkanlarının sürətlə artması həyəcan təbilinin çalınması deməkdir. Gundelik-baku.com saytına daxil olan məlumatlara görə, Binəqədi rayonunda yerləşən «Oğuzxan» ictimai-iaşə obyektində hər gün loto-qumar məclisi təşkil edilir. Həmin məclislərin birində külli miqdarda pul uduzan Asif Məmmədov Yəhya oğlu bildirdi ki, qeyri-qanuni fəaliyyət göstərən bu qumarxana yüzlərlə insanın taleyini qaraldıb: «Mən belə bir obyektin fəaliyyətindən xəbərsiz idim. Dostlarımdan biri məni aldadıb bura apardı. Deməli, vəziyyət bu cürdür. Hər gün axşam saat 18:00-dan sonra obyektdə qumar məclisi başlayır. Ta ki, gecə saatlarına qədər. Burda qumarın daha çox loto növünə üstünlük verilir. Hər gecə saat 00:00-da böyük uduş, yəni çek-pot oynanılır. Mən demək olar ki, bir ay davamlı olaraq burda loto oynadım, amma heç nə udmadım. Əksinə, bir ay ərzində 12 min manat uduzdum. Qumara o qədər aludə olmuşdum ki, hətta həyat yoldaşımın qızıl-zinət əşyalarını satıb loto oynadım. Düzdür, indi bu vərdişdən əl çəkmişəm. Amma nə fayda, borc içində üzürəm və ailəm dağılmaq ərəfəsinə çatıb. Bu fikirləri sizə deməkdə, ictimailəşdirməkdə məqsədim odur ki, başqa insanlar mənim aqibətimi yaşamasınlar. Qoy aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları «Oğuzxan» restoranında təşkil olunan loto-qumar məclislərini dağıtsın və qeyri-leqal fəaliyyət göstərən obyektin işi dayandırılsın».
 
Həyatı alt-üst olan Asif Məmmədov deyir ki, «Oğuzxan»da təşkil olunan lotoda oyuna başlamaq üçün mütləq ədədi 4 manata olan kartları götürmək lazımdır: «Bundan ucuz kart yoxdur. Hər gün bu obyektdə müştəri sıxlığı müşahidə olunur. Əksəriyyət olan-qalan pulunu da uduzub əliboş evinə gedir. Çox maraqlıdır ki, burda qumar oynayan şəxslərin arasında polis əməkdaşları da nəzərə çarpır. Amma nə onlar, nə də Binəqədi rayonunun aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları qumarxanın fəaliyyətinə müdaxilə edirlər. Obyektin bir günlük dövriyyəsi təxminən 10-15 min manat civarındadır. Bütün masalar dolu olur. Burda xeyli sayda işçi var. Loto kartlarını paylayanlar, torbadan daş çıxaranlar, çay paylayanlar və s.
 Binəqədidəki «Oğuzxan» restoranında açıq qumarxana fəaliyyət göstərir –ŞOK ETİRAFLAR
Çox maraqlıdır ki, burda həm də müştərilərə pulsuz spirtli içki verilir. Ən dəhşətlisi isə odur ki, narkotik maddələrin satışını həyata keçirən şəxslər burda açıq alver edirlər. Bir sözlə, «Oğuzxan» restoranında qeyri-qanuni fəaliyyət göstərən qumarxana yüzlərlə gənci çirkaba sürükləyir». Obyekti işlədən və bura «krışalıq» edən şəxslərin adı bizə məlumdur. Hələlik onların kimliyini açıqlamaq istəmirik. Tezliklə bu obyektlə bağlı geniş videomaterial təqdim edəcək və loto-qumarxananın «müdafiəçiləri» barədə maraqlı faktları diqqətinizə çatdıracağıq. Sonda Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin və Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə müraciət edib sözügedən məkanın fəaliyyətinə müdaxilə etmələrini xahiş edirik. Mövzu diqqətimizdədir.(gundelik-baku.com)
 
Binəqədidəki «Oğuzxan» restoranında açıq qumarxana fəaliyyət göstərir –ŞOK ETİRAFLARBinəqədidəki «Oğuzxan» restoranında açıq qumarxana fəaliyyət göstərir –ŞOK ETİRAFLAR 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300