Zaman-zaman 7News.az redaksiyasına müxtəlif şirkətlərdə baş alıb gedən

özbaşınalıqlar, maxinasiyalarla bağlı şikayət dolu yazılar daxil olmaqdadır.

Biz də öz növbəmizdə yazıları təhlil edilir, faktların düzgünlüyünü yəqin

etdikdən sonra saytımızda dərc edirik. Saytımıza daxil məlumatlardan biri də

 "Hilal Agro” şirkəti ilə bağlıdır.

Əvvəla qeyd edək ki, 2011-ci ildə fəaliyyətə başlamış "Hilal Agro” şirkəti ət

sektorunda heyvanların kökəldilməsi üzrə ixtisaslaşmış şirkət hesab olunur.

Məsələ burasındadır ki, şirkət həm də zaman-zaman mediada müxtəlif maliyyə maxinasiyalarının ünvanı kimi tanınır. Şirkətdən gələn şikayətlərin böyük

əksəriyyəti də məhz iri sahibkarların şirkətin işinə cəlb edilməsi yolu ilə onların

külli miqdarda vəsaitlərinin mənimsənilməsi ilə bağlı olub. Şirkət mətbuatın

gündəmini təəssüflər olsun ki, bu kimi problemlərlə zəbt edir. Redaksiyamıza

daxil olan şikayəti təqdim edirik.

Belə ki, şirkətin rəhbəri Əhədov Viləş Ayxan oğlu, özü də daxil olmaqla bir neçə

nəfərlə şəriklik edərək 500 min manat qarşılığında mal-qara almaq üçün sözləşib. Şəriklərdən Cem Ərsoy Səlcuk və Məmmədov Qaşqay adlı şəxs bu pulların bir

qisminin istifadə olunmasını bildirsələr də, yerdə qalan 293 min manatın yoxa

çıxdığını bildiriblər.

7News.az-a bu barədə məlumat verən Məmmədov Qaşqay artıq 7 aydır ki, 293 min

manatın geri qaytarılmadığını dilə gətirib. Onun sözlərinə görə, şirkətin rəhbəri 

Əhmədov Viləş pullarla bərabər yoxa çıxıb. Hüquq mühafizə orqanına şikayət

etmələrinə baxmayaraq ortada heç bir nəticə yoxdur.

Xatırladaq ki, Məmmədov Qaşqay pulu Məmmədov Ələsgər və mühasib Sərdar

və icraçı direktor Zaurun yanında bu vəsaiti Əhədov Viləşə verib.

Videolardan isə aydın görünür ki, "Hilal Agro” şirkəti bu kimi hallarla tez-tez

qarşılaşır. Məhz bu səbəbdən də külli miqdarda maliyyə ayıraraq "qoçu dəstəsi” saxlamaqdadır.


 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300