Göygöl rayonunda mənzilə basqın edən şəxs ər və arvadı döyüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərdə evə girən şəxs ev sahibinin onu gördüyünü hiss edib, yaxalanmamaq üçün ər və arvada zərbələr endirib. Xəsarət alan qadın - 1977-ci il təvəllüdlü Quliyeva Aynurə başın əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.