İran Avropaya şərt qoydu

 

İran İslam İnqilabının Ali Lideri Ayətullah Əli Xamneyi ABŞ başda olmaqla Avropa dövlətləri ilə nüvə proqramının məhdudlaşdırılması haqqındakı razılaşmanın saxlanılması üçün şərtlər irəli sürüb.

Ali Rəhbər İranın dövlət rəsmiləri ilə görüşündə bəyan edib ki, Avropa dövlətləri (Fransa, Böyük Britaniya və Almaniya) zəmanət verməlidirlər ki, heç vaxt İranın raket proqramının əleyhinə çıxmayacaq, İrandan xam neft almağa davam edəcək, iqtisadi əlaqələri xüsusilə bank sektorunda daha da genişləndirəcəklər.

Əli Xamneyi qeyd edib ki, bu şərtlər qəbul edilsə, İran nüvə proqramının məhdudlaşdırılması haqqında 2015-ci ilin iyununda imzalanmış razılaşmadan çıxmayacaq. Əks təqdirdə, İran nüvə proqramını bərpa edərək uranın zənginləşdirilməsini davam etdirəcək.

ABŞ-ın razılaşmadan birtərəfli qaydada çıxmasına toxunan Ali Rəhbər bildirib ki, bundan sonra Amerikaya inanmaq mümkün deyil. (Azərtac)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300