Bank dələduzluğu ahıl kişini çətin duruma salıb

 

Bakı şəhər sakini, 75 yaşlı Tofiq Zərqulu oğlu Xəlilov yenidən redaksiyamıza müraciət edib. İki il öncə bağlanan "Bank Standart”ın əməkdaşının dələduzluğu ucbatından evsiz qaldığını deyən T. Xəlilov hüquq-mühafizə orqanlarının da bu məsələyə biganə yanaşdığını deyib:

"Bundan əvvəlki şikayətlərimdə də qeyd etdiyim kimi, 2006-cı ildə ”Bank Standart"ın əməkdaşı Emin Abbasov dələduzluq yolu ilə həyat yoldaşım Lətifə Xəlilovanı aldadaraq evimi ələ keçirib. Sonda evimi geri ala bilmədiyim üçün 44 illik həyat yoldaşımdan da ayrılmışam.

Başıma gələn olayla bağlı 2009-cu ildən bu günə kimi bütün instansiya məhkəmələrinə müraciət etsəm də heç bir nəticəsi olmayıb. Beləliklə, 31 avqust 2010-cu il tarixindən etibarən 2 nəvəmlə evsiz qalmışam. Bizim evimizə kirayəçi yerləşdiriblər. Mən isə nəvələrimlə birgə kirayədə yaşayıram. Əmlakımız darmadağın olub. Ümumilikdə mənə 100 000 manatdan çox ziyan dəyib. Bütün instansiya məhkəmələrində qanunun tələblərinə riayət edilmədən bizim vətəndaşlıq hüquqlarımız kobud şəkildə pozulub".

Şikayətçi qeyd edib ki, aprelin 19-da Apelyasiya Məhkəməsinin çıxardığı qərar da onun xeyrinə olmayıb: "Məhkəmə qərarına əsasən mənim iddialarım qanuna əsaslanmır. Bunun üçün də apelyasiya şikayətim təmin edilməyib.

Şikayətçi aidiyyəti orqanlardan köməklik istəyir.

Məsələ ilə bağlı qarşı tərəfin də rəyini dərc etməyə hazırıq.

Qeyd edək ki, "Bank Standart” ötən ilin sentyabrında bağlanıb. Belə ki, 30 sentyabr 2016-cı il tarixli qərara əsasən bankın lisenziyası ləğv olunub. Bankın keçmiş rəhbəri Kriman Səlim Eldaroviç isə ötən ilin iyul ayından beynəlxalq axtarışa verilib.

Xalidə GƏRAY, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300