"Qarabağ" 9 futbolçu ilə yolları ayırdı -Şehiç də getdi
"Qarabağ" 9 futbolçu ilə yollarını ayırıb.
Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İbrahim
Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov,
Ağabala Ramazanov, Arif Daşdəmirovun müqavilə, Pedro Enrike və Ramil Şeydayevin
icarə müddəti başa çatıb.
Klub onlara göstərdikləri xidmətlər qarşılığında təşəkkür
edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.