Naxçıvanla sərhəddə gərginliyi artıran ABŞ-dır, yoxsa Rusiya?

 

Ekspertlərin bununla bağlı fikirləri haçalanır; Vaşinqton işğalçı ölkəyə 140 milyon dollar yardım ayırmağa hazırlaşır, Moskva isə...

"Naxçıvanda atəşkəsin pozulmasının və hərbçimizin şəhid olmasının arxasında ABŞ-ın dayandığına inanmıram. Bu versiya bir az nağıla oxşayır. Amerikanın problemi qəhətdir ki, hələ bir Cənubi Qafqazda yeni müharibə ocağı yaratsın?”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu "Yeni Müsavat”a açıqlamasında bildirdi. Qeyd edək ki, rusiyalı politoloq Oleq Kuznetsov Azərbaycan mediasına verdiyi müsahibəsində Ermənistanın Naxçıvanla sərhəddə gərginlik yaratmasının arxasında ABŞ-ın dayandığını iddia edib. Lakin E.Şahinoğlu bu ehtimalı birmənalı şəkildə rədd edir:"Tutaq ki, Amerikanın təhriki ilə atəşkəs pozuldu və Azərbaycanla Ermənistan arasında savaş başladı, bundan Amerikanın nə qazancı olacaq? Axı bu müharibədən Amerikadan çox yaxınlıqdakı dövlətlər siyasi divident əldə etməyə çalışacaqlar”. Ekspertə görə, tam əksinə, Amerika üçün bu gün Cənubi Qafqazda sabitlik lazımdır ki, İranla bağlı planlarına heç nə mane olmasın: "Çünki Cənubi Qafqazda başlana biləcək müharibə bölgədə Rusiya və İranın fəallaşması üçün yeni imkanlar açacaq. Bu, Amerikanın nəyinə lazımdır? Əlbəttə, Naxçıvan-Ermənistan sərhədində atəşkəsi pozmaqda Amerikanı günahlandıran rusiyalı ekspertdir. Öz dövlətini qınamaqdan ki, nədən Ermənistan hakimiyyətinə təsir edib münaqişənin həllini sürətləndirmirsən, şübhələri Amerikanın üstünə yönəltmək istəyir. Əgər onun dediyi kimi, Amerika Cənubi Qafqazı qarışdıracaq gücdədirsə, Rusiya Dağlıq Qarabağ münaqişəsini ədalətli həll etməklə bunu yoluna qoya bilər və Amerikanın ”təsir" imanları heçə enər". E.Şahinoğlu rusiyalı ekspertin cavablandırması gərək olan sualı da səsləndirdi: "Bəs Rusiya əlində kifayət qədər imkanlar olduğu halda niyə münaqişənin həllini sürətləndirmir? Rusiyalı ekspertlər bu suala cavab versələr daha yaxşı olar, yoxsa Azərbaycanla ABŞ-ın arasını vurmaqla uzağa gedə bilməzlər”.

Elxan à žahinoğlu ile ilgili görsel sonucu

 

Lakin müşahidələr onu deyir ki, Kuznetsovun versiyasını birmənalı şəkildə kənara qoymaq da olmaz. Xüsusilə də ABŞ-ın işğalçı Ermənistana qarşı sanksiya tətbiq etmək, Qarabağ bölgəsinə aidiyyəti olmayan Naxçıvan istiqamətində də gərginliyi artırmasına, torpaqlarımızın ilhaqının genişləndirilməsinə yönəlik çağırışlara sərt reaksiya vermək əvəzinə... İrəvana yardımı artırır. Məlumata görə, Birləşmiş Ştatlar hökuməti Ermənistanda dövlət islahatlarının aparılması üçün Paşinyanın başçılıq etdiyi hökumətə 140 milyon dollar vəsaitin ayrılması məsələsini nəzərdən keçirməyə hazırdır. TASS-a istinadən xəbər verir ki, Amerikanın Erməni Milli Komitəsi bu haqda ABŞ dövlət katibi Mayk Pompeonun məktubunu öz saytında dərc edib. "Biz ”Minilliyin çağırışları" korporasiyasının xətti ilə Ermənistana qrantın ayrılması məsələsini götür-qoy etməyə hazırıq. Ancaq bunun üçün Ermənistan layihədə iştirak ərizəsində ölkədə baş verən pozitiv dəyişikliklərlə bağlı məlumatlar təqdim etməlidir", -deyə Pompeonun məktubunda deyilir. ABŞ aprel döyüşlərindən sonra da Ermənistan ordusunu gecəgörmə cihazları ilə təchiz etmişdi və məhz bu cihazların köməyi ilə işğalçı ordu bizim bir neçə hərbçimizi hədəfə aldı. Belə görünür ki, Azərbaycan ərazilərinin işğalının davam etməsində həm ABŞ, həm də Moskva maraqlıdır və bir-birinə qarşı savaş halında olan bu iki paytaxtın yalnız Qarabağ məsələsində mövqeləri üst-üstə düşür. Həmsədr ölkələrin biri - ABŞ Ermənistana 140 milyonluq yardım ayırır, digər həmsədr Rusiya isə işğalçı ölkəyə "kredit” adı altında milyonlarla dollarlıq yeni silah-sursat göndərməyə hazırlıq görür...

Cavid TURAN, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300