Gədəbəyi sel vurdu -Video
Bu gün saat 15:00 radələrindən başlayaraq Gədəbəyə güclü leysan və dolu yağıb.
Musavat.com-un məlumatına görə, təxminən bir saat davam edən güclü leysan və dolu Gədəbəyin Şınıx, Çiçəkli, Mor-Mor, Fərzalı və Çayrəsullu kəndlərində ciddi fəsadlara səbəb olub.
Rayon ərazisindən keçən çaylarda suyun səviyyəsi sel sularının təsirindən
artıb. Yaşayış məntəqələrinə gedən yollarda qurulan körpülər tamamilə sıradan
çıxıb, bir neçəsi isə qəzalı vəziyyətə düşüb. Bəzi evlərin həyətlərini sel
yuyub aparıb.
Təbii fəlakət rayonun kənd təsərrüfatına da xeyli ziyan vurub. İlkin məlumata görə, sel suları xeyli əkin sahəsini yararsız hala salıb, 12 baş qoyun tələf olub.
Ləman Mustafaqızı, musavat.com