Prezidenti aldadıb milyonlar yedilər

 

Hər il büdcədən ən çox yollara maliyyə ayrılır. Amma hər il də ən böyük problem yollarda olur. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə yol əziyyəti bitmək bilmir.

Bəzi küçələrə, avtomobil yollarına illərdir asfalt çəkilmir, bəzilərinə isə ildə 3 dəfə asfalt döşənir. Məsələ illərdir belə davam etdiyi üçün artıq hansısa küçəyə asfalt çəkildiyini görən insanların ağlına "Yenə pul "yemək” üçün çalışırlar” sözləri gəlir.

Azərbaycanın belə rayonlarından biri də Neftçala rayonudur.

Azərbaycan Prezidentiİlham Əliyevsentyabrın 25-də "Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Haqqınaz.org xəbər verirki, otuz yeddi min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,5 milyon manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 55 km, eni 12 metr,7 metr enində yolun hərəkət hissəsi və 2.5 metr enində çiyinlər daxildir.

Təxminən ikiaya yaxındır əsaslı təmirdən çıxan"Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yoluartıq bir necə istiqamətdə dağılmağa başlayıb. Maraqlısı odur ki,yolun hərəkət hissəsi üçün nəzərdə tutulmuş 7 metrlik yolun eni , heç 5.69 m deyil.


Yuxarıdakı səkillərdəndə aydın görünür ki, yolun müəyyən hissələrində yol örtüyü sürüşüb, rayonunBankə-Şirvanlıistiqamətində olan hissəsi isə artıq dağılıb.

Maraqlısı budur ki,Azərbaycan Avtomobilyolları Dövlət Agentliyinin təmir etdiyi və təmiri üçün 21.5 milyon manat ayrılmışŞorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunasanki atom bombası atılıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300