Şəhid əsgər "Şücaətə görə” medalı ilə təltif olundu
Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov "Şücaətə görə” medalı ilə təltif olunub.
APA-nın məlumatına görə, bununla bağlı müdafiə naziri, general-polkovnik
Zakir Həsənov əmr imzalayıb.
Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində şəhidin
ailəsinə təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Adil Əli oğlu
Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar
Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən
həlak olub.
Şəhid hərbçi anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd
qəbiristanlığında dəfn olunub.