"Özümlə müsahibə-1"İNQİLAB NASEH
-Yenə oturub "fıshafıs" siqaret,"qurthaqurt" çay,"zilbəzil" divarda bir şeylər axtaran zillənmiş gözlər," hofhahof" ...

-Bəlkə,artıq,dayanasan?! Lütfən,otağımı tərk et!

-Qovursan məni?! O-beynində doğulmamış düşüncələr qədər də deyiləm?!

-Sən heç doğulmadan əvvəl cinsini öyrənər-öyrənməz abort etdiyim fikirlərim qədər də deyilsən! Lütfən,otağımı tərk et!

-Yaxşı,zarafat edirəm. Nə yazırsan?

- Hər şey kimi heç nə!

- Səncanun,yenə fəlSəfiləşmə! Anlayacağım dildə danış. "Hər şey" və "heç nə"-bunlar,əks mənalı qavramlardır. Bir yerdə olmaları qutsal deyil!

- Bunlar sənin üçün " 2 x 2" deyil.

- Riyaziyyat fəlsəfədən yaxşıdır,valla. Qaliley deyib ki,"Dünya riyazi dildə yazılmış kitabdır!". Bəh-bəh! Sözə bax e!

- Qaliley düz deməyib!

- Pəəh! Qalileydən çox biləcəksən?!

- Bax! Gəl fikri əsaslandıraq. Riyaziyyat elmində əks işarəli bütün sayısal riyazi nəsnələr bir ifadədə işlədildikdə islah edilərək yox olunur. Qalileyin aforizmini həyata köçürsək necə olar,bəs?! O zaman gərək bütün əks anlamlı məvhumlar islah olunaraq yox edilməli idi. Məsələn,"gecə ilə gündüz","isti ilə soyuq","tavanla pol","ağ ilə qara","səninlə mən" və s. Heç bir şey qalmazdı. Lakin hər şey var. Nəticə etibarilə,Qalileyin bu aforizmi yanlışdır.
- O,onu o mənada deməyib. Yəni,saymağı bilməsən pulunu saya bilərsən?! Heç yaşını da bilməzsən. Zaman anlayışı olmaz.

- Quran da allahın laməkan,lazaman olduğunu deyir. Lakin digər tərəfdən də allah 124 min peyğəmbər göndərdiyini,dünyanı 6 günə yaratdığını və s. bu kimi iddiaları deyir. Bəs,allah lazaman olaraq bunları necə saydı?!

- Yenə başladı kafir-kafir danışmağa. İnsanın hər şeyə qadir olduğunu deyirsən. Gələcəyini xatırlaya bilərsən?!

- Bəli!

- Necə?!

- "Keçmiş" və "gələcək" adlarının yerini dəyişərək.

-Onda da keçmişini xatırlaya bilməzsən.

- Adların yerini yenidən dəyişdirərək yenidən xatırlaya bilərəm.

- Bəs eyni zamanda həm keçmişi,həm gələcəyi necə?!

- Bunlar,əks anlamlı qavramlardır. Qalileyə qalsa idi,bunlar da islah edilməli və olmamalı idi. Görürsən,Qaliley burda da yanılır. Hər şey insanın əlindədir. Məsələn, "inşallah" sözünün yerinə "inşinsan" istifadə edilsə,daha uyğun olar,məncə.

- Haha! İnşinsan ha! Bu sözləri hardan tapırsan?

- Məndən əvvəl gedənlərin yollarından.

- Necə yəni?! [Hıhh!Yenə fəlsəfiləşdi!]

- Düşüncə geniş bir plazmadır və bu plazmada "n" sayda diod var. İnsan o plazmada diodların arasında gəzir. Kimisi o diodlara qıraqdan baxır,kimisi toxunur,kimisi boylanır və içəri yıxılır,sonra hövlnak qalxır və qaçır,kimisi də içində yaşamağa davam edir. İçində yaşayır və diodun otaqlarını,otaqlarındakı əşyaları,əşyaların istifadə yollarını kəşf edir. Hər şeyi kəşf etdiyinə özlüyündə əmin olduqdan sonra o diodu tərk edir və növbəti dioda yön alır. Ardından gələn insan da o diodu kəşf etməyə başlayır və fərqli kəşflər ortaya çıxır. Beləliklə,tapır.

-Ondan öncəki insan onu tapmamışdı,axı. O,o insanda deyildi. İnsan özündə olmayanı necə itirə bilər? Mənim 5 manatım yoxdursa,onu necə itirə bilərəm?!

- Xeyr! "İtirmək" o deyil,"itirmək"-öyrənməməkdir,itirdiklərin isə öyrənmədiklərin və ya bilmədiklərindir. Sən dediyin "itirmək" deyil,adını səhv qoyublar.
- Bəs,yaxşı,onda mən dediyimin adı nədir?

- Bilmirəm,bəlkə də "itirmək" omonim sözdür,o mənada da işlənir. Lakin mən sən dediyinə "alifnaj" deyərdim.

- Bu sözü ilk dəfədir eşidirəm.

- Mən də ilk dəfə az öncə eşitdim. Bu dəqiqə kəşf etdim.

- Sən lap Dədə Qorqud imişsən ki,xəbərimiz yox. Ad verməyin də var imiş.

- Yox,mən-İnqilabam.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300