Mikayıl İsmayılovun rəis qardaşı Pirallahıda qanun tanımır

 

Cümşüd İsmayılovun özəl qaydaları narazılıq yaradıb


2015 – ci ildə Daxili İşlər nazirinin əmri ilə Pirallahı rayon Polis Şöbəsinə rəis təyin olunan Cümşüd İsmayılovun qanunsuz əməlləri ilə bağlı Realliq.info saytına şikayətlər daxil olub. Məlumatda qeyd olunur ki, rayonda ticarətlə məşğul olan sahibkarlara aylıq "haqq” qoyub. Rəisin tələbini yerinə yetirməyənlər onun nəzarəti ilə müxtəlif üsullarla cəzalandırılır. Baş verən qanunsuzluqla bağlı Daxili İşlər nazirinə müraciət edən sahibkarlar və sadə vətəndaşlar Cümşüd İsmayılovun cəzalandırılmasını istəyiblər.

Bir müddət öncə ölkə mediasında Pirallahı Polis şöbəsinin rəisi haqqında bir sıra məlumatlar yayımlanmışdı. Həmin məlumatlarda C.İsmayılovun sadə vətəndaşların torpaqlarını zəbt etməsi və qardaşı ilə birləşərək rayonda böyük biznes qurması yer almışdı. Realliq.info – nun apardığı araşdırmalar zamanı məlum olub ki, İsmayılov qardaşları rayonda böyük narazı kütlə formalaşdırıblar. SOCAR – ın vitse-prezidenti Mikayıl İsmayılovun qardaşı olan rəisin şöbədə narazı insanları qəbul etməməsi də adiləşib.
Pirallahıda balıqçılıqla məşğul olan şəxslər də Cümşüd İsmayılovun "hörmətini” etməlidir. Əks təqdirdə şöbə rəisi müxtəlif adlarla vətəndaşların bu yolla çörək qazanmasının qarşısını ala bilir.
İsmayılov qardaşlarının qanunsuz əməlləri ilə bağlı Realliq.info – ya daxil olan məlumatlar hazırda araşdırılır. Qısa zamanda araşdırmaların nəticəsi ilə saytımızda tanış ola bilərsiniz.
Bizi izləyin.
Realliq.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300