Putin 13 naziri işdən çıxartdı -Siyahı

 

Rusiya Prezidenti Vladimir Putini yeni hökumətin tərkibini təsdiq edib.

Axar.az xəbər verir ki, Putin bu barədə qərarı Baş nazir Dmitri Medvedyevlə görüşdən sonra qəbul edib. Yeni hökumətin tərkibində əksər vəzifələrin rəhbərləri dəyişməz qalıb. Bir müddət əvvəl gedəcəyi proqnozlaşdırılan Xarici İşlər naziri Sergey Lavrov da yeni hökumətin tərkibində əvvəlki vəzifəsində yer alıb.

Yeni hökumətin tərkibində əvvəlki tərkibdə olan 13 nəfər yer almayıb. Vəzifəsini dəyişənlər sırasında Baş nazirin müavini Arkadiy Dvorkoviç, Dmitri Roqozin, İqor Şuvalov və digərləri yer alıb.

***

Rusiya Prezidenti Vladimir Putinin təsdiqlədiyi yeni kabinetin tərkibində bu nazirlərə vəzifə verilməyib:

1.Aleksandr Tkaçev – Kənd Təsərüffatı nazir;

2.Mixail Men – Tikiti naziri;

3.Nikolay Nikiforov – Rabitə naziri;

4. Vladimir Puçkov – Fövqəladə Hallar naziri;

5. Aleksandr Xloponin – Baş nazirin müavini;

6.Sergey Donskoy - Təbii Sərvətlər naziri;

7.Maksim Sokolov – Nəqliyyat naziri;

8.Aleksandr Qaluşka – Uzaq Şərqin İnkişafı naziri;

9.Lev Kuznetsov – Şimali Qafqazın İnkişafı naziri;

10. Dmitri Roqozin – Baş nazirin müavini;

11.İqor Şuvalov – Baş nazirin müavini;

12. Arkadi Dvorkoviç – Baş nazirin müavini;

13.Mixail Abızov – Açıq Cəmiyyət Məsələləri üzrə nazir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300