İlkin Rüstəmzadənin həbsindən 5 il ötdü

 

Avropa Məhkəməsinin gənc fəalla bağlı qərarı hələ də icra olunmur

 

NİDA fəalı İlkin Rüstəmzadənın həbsindən 5 il ötür. O, 17 may 2013-cü ildə xuliqanlıq ittihamı ilə saxlanılıb - istintaq Bakının dənizkənarı bulvarında Harlem Shake rəqs fləşmobunu və onun "YouTube"da yerləşdirilməsini xuliqanlıq kimi qiymətləndirib.

 

2014-cü il mayın 6-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib. Onunla birlikdə həbs edilən 7 nəfər çoxdan azad edilib. Lakin İlkin Rüstəmzadə hələ də həbsdədir. Yaxınları bunu NİDA-çının əfv ərizəsi yazmaması ilə əlaqələndirirlər.

 

Ötən il iyulun 20-də Avropa İnsan Haqları Məhkəməsi İlkin Rüstəmzadənin Bakıda etiraz aksiyalarından biri zamanı inzibati həbsi ilə bağlı ilk şikayəti üzrə qərarı elan edib. AİHM ona 6 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib.

 

Lakin vəkil Nemət Kərimli deyir ki, həmin təzminat verilmir:

 

"Hökumət Avropa İnsan Hüquqları Məhkəməsinin NİDA fəalı İlkin Rüstəmzadə barədə verdiyi qərarını icra etmir".

 

Vəkilin sözlərinə görə, qərarın yerinə yetirilməsinin və 5 ildir həbsxanada olan ərizəçiyə kompensasiya ödənilməsinin son tarixi hələ 2017-ci ilin dekabrında başa çatıb:

 

"Ancaq kompensasiya ödənməyib. Bununla əlaqədar Avropa Şurası Nazirlər Komitəsinə şikayət yazdım".

 

Müdafiə tərəfi Rüstəmzadənin cinayət təqibi ilə bağlı da şikayət verib. Hələlik AİHM-də həmin şikayətə baxılmayıb.

 

İ. Rüstəmzadənin həbsindən sonra valideynlərinin səhhətində problemlər yaranıb.

 

Onların ixtisaslı tibbi yardıma ehtiyacı var. Amma ailənin bunu qarşılamağa maddi imkanı çatmır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300