Ölkələrdə kişi-qadın nisbəti

 

 

2018-ci ilin birinci rübündə Azərbaycanda doğulanların 52,9 faizi oğlan, 47,1 faizi qızdır. Rəsmi hesabata görə, aprelin 1-nə əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlar olub, hər 1000 kişiyə 1005 qadın düşüb.

Novator.az başqa ölkələrin ən yeni göstəricilərinə də nəzər salıb.

Hazırda Gürcüstan əhalisinin 47,1 faizi kişilər, 52,9 faizi qadınlardır.

Ermənistanda əhalinin 46,5 faizinin kişilər, 53,5 faizinin qadınlar olduğu bildirilir.

Rusiyada əhalinin 46,3 faizini kişilər, 53,7 faizini qadınlar təşkil edir.

Türkiyədə əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır.

Son statistika İranda qadınların kişilərdən az olduğunu göstərir. Ölkədə əhalinin 50,7 faizinin kişilər, 49,3 faizinin qadınlar olduğu qeyd edilir.

Qazaxıstanda əhalinin 48 faizi kişilər, 52 faizi qadınlardır.

Son rəsmi məlumatda Ukraynada əhalinin 46 faizinin kişilər, 54 faizinin qadınlar olduğu açıqlanıb.

Belarusda əhalinin 46,5 faizi kişilər, 53,5 faizi qadınlardır.

Moldovada əhalinin 47,4 faizini kişilər, 52,6 faizini qadınlar təşkil edir.

Novator.az bildirir ki, Azərbaycanda bu ilin ilk üç ayında yeni doğulan hər 100 qıza 114 oğlan düşüb. Bioloji norma hər 100 qıza 105-107 oğlandır.

Azərbaycanın müstəqilliyini bərpa etdiyi 1991-ci ildə hər 1000 kişiyə 1048 qadın düşüb. 1995-ci ilin göstəricisi 1000 kişiyə 1036 qadın, 2000-ci ilin göstəricisi 1000 kişiyə 1046 qadın, 2005-ci ilin göstəricisi 1000 kişiyə 1032 qadın, 2010-cu ilin göstəricisi 1000 kişiyə 1019 qadın, 2017-ci ilin göstəricisi 1000 kişiyə 1006 qadın olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300