30614 (1)
Cavid Qurbanovun kadrının oğlunun daha bir milyonluq maşını üzə çıxdı
 
"Azəryolservis” ASC-nin 71 saylı Yol İstismarı İdarəsinin sabiq rəisi, hazırda "Azərbaycan Dəmir Yolları” QSC-nin məsul şəxslərindən olan Xaqani Kazımovun oğlu, Vüsal Kazımov bahalı avtomobillərdən ibarət kolleksiyaya sahib olması geniş rezonans doğurub. Bu avtomobillərin dəyəri bir neçə milyon manatlarla ölçülür. Ancaq V.Kazımov və atasının rəsmi maaşı 1000 manadan yuxarı deyil.
Qeyd edək ki, əslən Kəlbəcərdən olan X.Kazımov "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovunən yaxın adamlarından biri sayılır. C.Qurbanov "Azəryolservis”-ə rəhbərlik edəndə X.Kazımov 71 saylı Yol İstismarı İdarəsinə rəis təyin edilir və bu idarə ən çox dövlət sifarişləri alan quruma çevrilir.
C.Qurbanov "Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyin edildikdən sonra isə onu özü ilə bərabər dəmiryol sisteminə transfer edib.
Sfera.az-ın əldə etdiyi məlumata görə, Vüsal Kazımov bu yaxınlarda Azərbaycana daha bir bahalı avtomobil gətirdib. «Mercedes-Brabus 850» markalı bu avtomobil 500 min dollardan baha gəlsə də, Vüsal Kazımov həmin avtomobili sifarişlə hazırlatdırdığı üçün 1 milyon dollara yaxın pul ödəyib.
Prezdent İlham Əliyev dövlət pullarına qənaət etmək üçün məmurlara tövsiyyə etmişdi ki, Naxçıvanda yığılan «NAZ-Lifan» avtomobilləri alsınlar. Kazımovlar ailəsi isə zavodda istehsal olunan maşınları bəyənmir və əlavə sifarişlər verərək ikiqat qiymətə maşın alırlar. 
Məmur övladlarının facebook və "İnstagram” səhifələrində paylaşdıqları şəkilləri işi o yerə çatdırmışdı ki, prezident bir müddət öncə buna sərt reaksiya verərək, "qudurğan” və "harınlamış” məmur övladları kimi ifadələr işlətmişdi.
210196197198199200201202203204205206207208209

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300