Rusiyada azərbaycanlı musiqiçi saxlanıldı 

 

Mayın 17-də Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı musiqiçi Ruslan Danilevski saxlanılıb.

 

Oxu.Az xəbər verir ki, bu barədə "Rosbalt” məlumat yayıb.

 

Musiqiçinin rəfiqəsi səhər 06.00 radələrində polis əməkdaşlarının ona yaxınlaşdığını və sənədlərini göstərməsini tələb etdiklərini bildirib.

 

Üzərində pasport olmadığı üçün polis əməkdaşları onu şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə 28-ci polis bölməsinə aparıb.

 

Bölmədə məlum olub ki, Danilevskinin ümumiyyətlə pasportu yoxdur.

 

"O pasportun alınması üçün ərizə verib.Yaşı az olanda, anası onunla Azərbaycandan bura köçüb və sənədlərinin hazırlanması ilə məşğul olmayıb”, -deyə musiqiçinin rəfiqəsi bildirib.

 

Onun sözlərinə görə,Danilevski bu yaxınlarda səfirliyə sənədlərini təqdim edib və pasport alması üçün bircə rüsumu ödəmək qalıb.

 

Hazırda polis şöbəsində saxlanılan Danilevskinin Azərbaycana deportasiya olunacağı gözlənilir. Saxlanılması ilə əlaqədar musiqiçinin cümə gününə planlaşdırdığı konsert təxirə salınıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300