Ermənistanda kütləvi zəhərlənmə
Ermənistanın Armavir vilayətində üzümçülüklə məşğul olan müəssisənin 90-a yaxın əməkdaşı zəhərlənib.
Bu barədə "Sputnik-Armeniya” məlumat yayıb.
Bildirilir ki, zəhərlənən 20 nəfər tibbi yardımın göstərilməsindən sonra evə buraxılıb, 30 nəfər Metsamor tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Zəhərlənmənin səbəbi araşdırılır.