Bezy-myanny-j-copy-25 (1)

Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə start verib. Nazirlikdən Qafqaznews.org-a verilən məlumata görə, 2016-2017-ci tədris ilində ölkənin ümumi təhsil məktəblərində ilk dəfə olaraq yeni təhsil proqramları əsasında hazırlanmış 9-cu sinif dərslikləri istifadəyə veriləcək. Nəşrə verilməzdən əvvəl ictimai rəy öyrənilməklə dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb. Yaxın müddətdə bütün dərslik layihələrinin sayta yerləşdirilməsi nəzərdə tutulur.

Bu məsələ ilə bağlı fikirlərini Qafqaznews.org saytı ilə bölüşən təhsil eksperti, "XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bildirib: "Bu yaxınlarda mənim də üzvü olduğum Təhsil Nazirliyi nin komissiyası 8-ci siniflər üçün Azərbaycan dili dərsliyini ictimai müzakirəyə çıxardı. Bu dərsliyin müəllifləri qocaman alimlərdir. Kitabda jarqon ifadələr də yer alırdı”. "Bəs bu müzakirələr nə ilə bitdi?” – deyə jurnalistimiz soruşub. "Müzakirələrdə iştirak edən məktəb müəllimlərinin əksəriyyəti bu dərsliyin yenidən nəşrinin əleyhinə çıxış etdilər – o əsasla ki, bu işə yeni vəsait tələb olunacaq”, – deyə Etibar Əliyev vurğulayıb.

Ekspertin sözlərinə görə, ölkəmizdə çap olunan dərsliklərin keyfiyyəti çox aşağıdır."Səbəbi əvvəl bu sahədə mövcud olmuş xaosla bağlıdır. Belə ki, 14 məktəb dərsliyinin müəllifi sabiq nazir Misir Mərdanovdur. Fizika üzrə dərsliklərin müəllifi isə sabiq nazirin qohumu olub. Dərsliklərin Qiymətləndirilməsi Şurası bu çatışmazlıqları "görməyib”. Yeri gəlmişkən, bu dərsliklər bu gün də istifadə olunur”, – deyə Etibar Əliyev qeyd edib.

Təhsil Nazirliyi sabiq rəhbərliyin vaxtında dərc olunan dərslikləri də ictimai müzakirəyə çıxara bilərmi? Bu suala cavab almaq üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova müraciət etdik. "Biz ancaq yeni dərslikləri ictimaiyyətin müzakirəsinə çıxarırıq”, – deyə Valehov qafqaznews.org saytına bildirib.

R.Həsənoğlu


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300