Qızını erməniyə ərə verən diaspor sədri: "Azərbaycanda şəhid olanlar mənim üçün şəhid olmayıb"

Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədriAğadadaş Kərimovqızının erməni biznesmenlə evlənməsinə görə ona olan ictimai qınaqdan sonra yığıncaq keçirib.Yığıncaqda Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidentiMehriban Sadıqovailə yanaşı, Kərimovun dostları, yaxınları iştirak ediblər.

 

Diaspor.az-ın məlumatına görə, Kərimov yığıncaqda erməni ilə qohum olmasına bir daha haqq qazandıraraq, bu qohumluq əlaqələrində qız tərəfi olduğuna görə fəxr etdiyini deyib. O, Azərbaycanın işğal altında olan torpaqlarının onunla heç bir bağlılıq təşkil etmədiyini vurğulayıb və hətta şəhidlərimizə qarşı da sayğısızlıq edib:

 

"Azərbaycanda şəhid olanlar mənim üçün şəhid olmayıb və uğrunda döyüşülən torpaqlar da mənim deyil. Mən qarabağlı da deyiləm ki, torpaqları qorumağa haqqım çatsın. Gücləri çatırsa, öz torpaqlarını özləri qorusun. Mən Rusiya vətəndaşıyam, Qarabağı gedib qarabağlılar qorusun”.

 

Ağadadaş Kərimovun dostu Rövşən Əliyev ona etirazını bildirib. O, Kərimovun ermənilərlə dostluq və qohumluq münasibətlərinin peyda olduğuna görə təhdid olunduğunu deyib. Kərimov isə bu yanaşmasına görə dostuna etiraz edərək, onun yığıncağı tərk etməsini tələb edib.

 

Məsələnin ən şok tərəfi budur ki, yığıncaqda iştirak edən Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova Kərimovun fikirlərinə haqq qazandırıb və ortaya gülünc bir iddia atıb:

 

"Düşünürəm ki, kimsə A.Kərimovun yerinə göz dikib deyə, onun vəzifəsindən kənarlaşdırılmasına cəhd göstərir. Bu nikah mərasimi Azərbaycan dövlətinin, hakimiyyətinin və xalqının müzakirə mövzusuna çevrilməməlidir. A.Kərimov qızını erməniyə ərə verib, lap əcəb edib! Erməni və Azərbaycan xalqı arasında düşmənçilik olmamalıdır. Biz ermənilərlə yenidən barışıb, bir masa ətrafında oturmalıyıq. Yenidən xeyir və şərimizdə bir-birimizin yanında olmalıyıq. Çünki tarixən mehriban xalq olaraq yaşamışıq”.

 

Məlumata görə, M.Sadıqovanın da ermənilərə qarşı xüsusi simpatiyası var. Onun təkcə vətəndaş mövqeyi məsələsində deyil, idarəetmə işində də bacarıqsız olduğu bildirilir.

 

Hazırda Rusiyada yaşayan nüfuzlu azərbaycanlılar və söz sahibi olan diaspor nümayəndələri arasında A.Kərimovun və M.Sadıqovanın vəzifələrinin öhdəsindən gələ bilmədikləri müzakirə mövzusuna çevrilib. Yaxın günlərdə Rusiyada yaşayan azərbaycanlıların M.Sadıqovaya və A.Kərimova etiraz əlaməti olaraq aksiya keçirəcəkləri bildirilir. Etirazçıların bununla bağlı müvafiq bəyannamə qəbul edəcəyi və hər iki şəxsin istefa verməsini tələb edəcəyi vurğulanır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300