Neftçala rayonu ilə bağlı Nia.az saytına olduqca maraqlı məlumat daxil olub.Rayonun icra başçısı İsmayıl Vəliyevin  yaratdığı vəziyyət insanları təngə gətirib. Özbaşınalıq, korrupsiya və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaşatsa da,nəinki bunların qarşısı alınıb, əksinə, 5 ildir  ki, rayona rəhbərlik edən İsmayıl Vəliyev tam bir nəzarətsizlik mühiti yaradıb.Ölkə başçısı İlham Əliyev sahibkarlara şəraitin yaradılmasını dəfələrlə çıxışlarında vurğulsa da, İsmayıl Vəliyev bu tapşırıqları gözardı edir.

 2-ci qrup 20 Yanvar əlili Məhəmməd Fərzəliyev dəfələrlə Cənab prezident İlham Əliyevə müraciət edərək İcra başçısı İsmayıl Vəliyevin onun bazarını dağıtmaq istədiyini bildirib, ancaq İsmayıl Vəliyev öz qanunsuz əməllərini davam etdirərək, prezident İlham Əliyevin sahibkarlara şəraitin yaradılmasını hər çıxışında söyləməsinə məhəl qoymur.

Image result for ismayıl vəliyev bazar foto

Nia.az xəbər verir ki , İsmayıl Vəliyev hər gün Məhəmməd Fərzəliyevə məxsus bazara gələrək, oraya baxış keçirir ki, dövlət işində kim işləyirsə  oradan alış veriş edirsə həmin adam sərt tənqid olunur,hətta işdən belə azad oluna bilər.İcra başçısı rəsmi qurumda "qoçu dəstəsi” saxlayır, yoxsa onların insanlara qarşı olan hədələrinin adını nə qoyaq?

Məhəmməd Fərzəliyevin verdiyi məlumatına görə, baytarlıq və digər aidiyyəti olmayan dövlət qurumlar onun bazarına gələrək qanunsuz cərimələr yazırlar.

 
 


Nia.az-Bəhruz Əliyev

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300