Ağdam rayonunun Mirəşelli kənd sakini Razi Aqil oğlu Məmmədov Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Uluyol.info Region TV-yə istinadən xəbər verir ki, Bakı şəhər sakini Vüsalə Baris qızı Babayeva tanımadığı şəxs tərəfindən soyğunçuluğa məruz qalması barədə Binəqədi rayon Polis Şöbəsinə məlumat verib. Ərizədə bildirilib ki, tanımadığı şəxs ona zəng edərək uduşlu oyunda hədiyyə qazandığını deyib. Vüsalə Babayevaya uduş zamanı "qazanılan hədiyyə"nin alınması üçün yer təyin edilib. Vüsalə Babayeva görüşün təyin edildiyi yerə gələrkən həmin tanımadığı şəxs onun mobil telefonunu əlindən alaraq qaçıb.

Ərizə əsasında aparılan araşdırmalar zamanı soyğunçuluğu törədən şəxsin Ağdam rayonunun Mirəşelli kənd sakini Razi Məmmədov olduğu müəyyənləşib. Razi Məmmədov saxlanılaraq cinayət məsulliyyətinə cəlb olunub.

Saxlanılan şəxs polislə zarafatlaşmağından da qalmayıb: "Kamera çəkir, bəlkə nəsə danışıb eləyək. Danışın".

Hazırda saxlanılan şəxsin başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.


ULUYOL.İNFO

Uluyol.info



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300