Hələ ötən ilin sonlarından etibarın hakimiyyət dairələrinin təkcə mərkəzdə deyil, əyalətlərdə də bəzi kadr dəyişiklikləri edəcəyinə dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda vurğulanırdı ki, bu dəyişikliklər əsasən icra başçılarını əhatə edəcək.

Yeni ilin ilk işdən çıxarılacaq icra başçılarının sayı heç də çox olmayacaq. Onların sayının 4-5-dən artıq olacağı da gözlənilmir. Bəzilərinin isə yerləri dəyişdiriləcək.

Bu sırada ilk yeri tutanlardan biri İmişlinin icra başçısı Vilyam Hacıyevdir. Hacıyevin işdən çıxarılmasının əsas səbəbi sahibkarlara külli miqdarda borclu olması, habelə rayonda narazılığı pik həddinə çatdırmasıdır.

Vilyam Hacıyev
İkinci sırada Masallının icra başçısı Rafil Hüseynov dayanır ki, onun fəaliyyətindən bilavasitə prezidentin narazı qaldığı deyilir. Məlumatlarda vurğulanır ki, icra başçısının indiyə qədər rayonda heç bir iş görməməsi, habelə haqqında çoxlu sayda şikayətin olması işdən çıxarılması üçün zəmin yaradıb.

Rafil Hüseynov 
 Üçüncü icra başçısı isə Astaranın rəhbəri Qəzənfər Ağayevdir. Ağayevin ən böyük səhvi fəaliyyətsizliyi və bir sıra dövlət tədbirlərini yaddan çıxarmasıdır. Onun bu ilin 12 dekabrında, daha dəqiq ifadə etsək Heydər Əliyevin anım günündə işdən çıxaraq, Bakıya gəlməsi və yolda yeyib-içmək məclisi qurması yuxarıların qulağına çatıb. Nəticədə, onunla bağlı qəti qərarın verildiyi deyilir.

Qəzənfər Ağayev
İşdən çıxarılacaq icra başçılarından daha biri isə Kürdəmirin rəhbəri Ceyhun Cəfərov olacağı gözlənilir. Onun hətə ötən ilin sonlarında vəzifəsini itirəcəyi gözlənilsə də, rəsmi dairələr yeni ili gözləməyi məsləhət biliblər. Cəfərovun işdən çıxarıla biləcəyinin səbəbi kimi isə həbs olunmuş qaynı Vidadi Zeynalovun «MTN işi»ndə günahkar bilinməsidir.

Ceyhun Cəfərov
Bu əsnada, Zərdabın icra başçısı Lütfəli Babayevin də işdən çıxarılacağına dair xəbərlər var. Lakin onun Astaraya rəhbər göndərmək niyyətində olduqları deyilir.

Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300