Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa partiyasının Tərtər rayon təşkilatının rəhbəri Zülfüqar İbrahimovun ailəsində baş verən faciə barədə iddialar yazıb.

Sosial şəbəkə vasitəsi ilə çıxış edən F.Mustafa deyib ki, Z.İbrahimov Tərtər rayon icra hakimiyyəti başçısı tərəfindən şərlənərək həbs olunub və onun əlil qızı aylarla ata həsrəti çəkdikdən sonra vəfat edib: "Azərbaycan xalq hərəkatının çox dəyərli və fədakar insanlarından biri olan Zülfüqar İbrahimov Tərtərin müdafiəsi üçün Xalq Cəbhəsi batalyonunun yaradıcısı və ermənilərə qarşı döyüşün fəal iştirakçısı olub. Böyük Quruluş Partiyasının Tərtər rayon təşkilatının sədridir. İnanclı bir iş adamıdır. Rayon üçün də əlindən gələni etmiş, Şəhidlər Xiyabanının təmirini öz vəsaiti hesabına gerçəkləşdirmiş dürüst bir insandır. Tərtər rayon İcra hakimiyyəti başçısının verdiyi qərəzli informasiyalar nəticəsində qondarma radikal dindar yarlığı ilə ötən ilin mart ayından həbs olunub və evində ənənəvi patron tapılması ittihamı ilə iki il azadlıqdan məhrum olunub. Onlarla ləyaqətli vətənpərvər insanlardan biri kimi tək günahı sakitcə öz günlük ibadəti ilə məşğul olmasıdır və qətiyyətlə söyləyə bilərəm ki, ümumiyyətlə radikal baxışlı insanlara qarşı ən sərt mövqeyi olan sağlam inanc sahibidir. Zülfüqar həm də gözəl ailə başçısıdır və iki sağlam övladı ilə birlikdə 23 yaşına qədər gəlib çatmış yataq xəstəsi olan bir şikəst qız övladını da hər cür çilələrə rəğmən fədakar xanımı ilə birlikdə müalicə etdirməyə və yaşatmağa çalışıb. Uşağın ona necə bağlı olduğunu bildiyimə görə, onun atasının həbsinə dözməyəcəyini təsəvvür edirdim. İndicə xəbər aldım ki, o şikəst uşaq atasının ayrılığına aylar boyu o qədər ağlayıb ki, ürəyi tab gətirməyib, dünyasını dəyişib. Allah yerini behiştlik etsin və bizlərin bu məsum uşaqların qarşısında günühlarımızı bağışlasın!”.

Deputat uşağın ölümündə günahı olan məmurlara müraciət edərək deyib: "İndi buyurun, cənab məmurlar, atasını nahaqdan şərləyib tutdurduğunuz uşaqdan necə halallıq istəyəcəksiniz? Bu əmələ görə hansınızı Allah bağışlayacaq? Həbsxanada olan Zülfüqar qardaşıma dərin hüznlə başsağlığı verirəm və Allahdan səbr diləyirəm. Bir Allah bilir ki, onun bir icra başçısının hikkəsi ilə haqsız tutulduğunu sübut etmək üçün əlimdən gələni etməyə çalışdım, ancaq nə edim ki, qanunsuzluqların qarşısında bir çox hallarda bizim də sözümüz keçərli olmur”.

Qeyd edək ki, Z.İbrahimov ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edilməsi, dini dözümsüzlük və bölücülük təbliğatını aparılması, ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaratdılması ittihamı ilə həbs edilib.(lent)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300