Akif Nağı başsız qalmış BŞİH-ni ittiham etdi

 

"Yəqin Qarabağ mitinqinə rəsmi ”yox" cavabını verməyə dilləri gəlmir"

Xəbər verildiyi kimi, Qarabağ Azadlıq Təşkilatı, həmçinin bir sıra ictimai xadimlər, Qarabağ döyüşçüləri Qarabağ mitinqi keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərib.

QAT-ın mətbuat xidmətindən "Yeni Müsavat”a verilən məlumata görə, müraciətdə mitinqin mayın 12-də "İnşaatçılar” metro stansiyası yaxınlığındakı "Məhsul” stadionunda keçirilməsinə şərait yaradılması istənilir. Mitinqdə "Qarabağa azadlıq!”, "Ya Qarabağ, ya ölüm!”, "Ya Qarabağı azad et, ya kənara çəkil!”, "Qarabağda azadlıq müharibəsinin başlanmasını tələb edirik!”, "Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarlarının səsləndiriləcəyi bildirilib.

BŞİH-ə müraciət edilməsindən 10 gündən artıq vaxt keçir. Bəs Qarabağ mitinqi ilə bağlı QAT-ın müraciətinə BŞİH-dən rəsmi cavab verilib? Mitinqə hazırlıqlar necə gedib? Mitinqə tanınmış siyasi, ictimai qüvvələrdən kimlər dəstək verir? QAT-ın qurultayı niyə məhz mayın 12-nə təyin edilib? Mitinq üçün müraciətə BŞİH-dən cavab verilməyəcəyi və ya mənfi cavab olsa, QAT icazəsiz mitinq keçirəcəkmi?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Yeni Müsavat”a bildirdi ki, BŞİH ilə mayın 10-da əlaqə saxlayıblar, şöbə müdiri Zaur Ramazanov telefonda onlara məktuba hələ cavabın olmadığını deyib:"Dedi ki, cavab yoxdur. Rəsmi cavab olacaq, ya yox bilmirlər. Belə başa düşdüm ki, məktuba rəsmi cavab olmayacaq. Yəqin Qarabağ mitinqinə rəsmi ”yox" cavabını verməyə dilləri gəlmir, ona görə də rəsmi cavabsız ötüşməyə çalışırlar. Hesab edirik ki, BŞİH-in bu davranışı çox böyük biabırçılıqdır. Qarabağ mitinqinə icazə verməmək, sadəcə, heyrət yaradır. Normal halda gərək hakimiyyət Qarabağ məsələsində bütün imkanlardan, o cümlədən xalqın təzyiq imkanlarından istifadə etməliydi. Mitinqin tələbində hakimiyyətə qarşı heç nə yoxdur. Biz tələb edirik ki, Qarabağı azad edin, qayıdaq öz yurdumuza. Burada hakimiyyət nədən çəkinməlidir? Əksinə, bütün ədalətsiz dünyaya çatdırmalıdır ki, xalq Qarabağı tələb edir".

A.Nağı qeyd etdi ki, mitinqə hazırlıq işləri yüksək səviyyədə, gözlədiklərindən də artıq səviyyədə olub:"Mitinqin özü qədər iş görüldü, hər kəs Qarabağ tələbini qoydu, Qarabağın azadlığı ilə bağlı on minlərlə insanın iradəsi nümayiş etdirildi. Mitinqin təbliğat işində hər kəs fəal iştirak etdi, xüsusi olaraq Qarabağ döyüşçülərini, Camal Əhmədovu, Vaqif Əlisoyu, Nazim Bayramı, Sevindik Məmmədovu və digərlərini qeyd etmək istəyirəm”.

A.Nağı mitinq üçün müraciətə mənfi cavab olacağı və ya ümumiyyətlə, cavab olmayacağı halda, icazəsiz aksiya keçirilməyəcəyini dedi:"Bizə BŞHİ-dən heç bir cavab verilməyəcəyi halda bu o deməkdir ki, Qarabağ mitinqinə razılıq vermirlər. QAT əvvəldən bildirmişdi ki, icazəsiz mitinqə getməyəcək. O mövqeyimizdə qalırıq. Gələn həftənin birinci-ikinci günü yeni qərarımızı açıqlayacağıq. Tanınmış ictimai-siyasi xadimlərdən keçmiş daxili işlər naziri İsgəndər Həmidov partiyası ilə birlikdə iştirak edəcəklərini bildirmişdi, Liberal Demokrat Partiyası Qarabağ mitinqində iştirak qərarını verib. Digər bir sıra siyasi qüvvələr də mitinqə icazə veriləndən sonra iştirak edib-etməmək barədə fikirlərini bizə deyəcəklərini bildirmişdilər”.

Qurultayla mitinqin eyni tarixə təyin olunmasına gəlincə, A.Nağı vurğuladı ki, QAT-ın qurultayı 3 ay əvvəl 12 maya təyin olunmuşdu:"Aprel ayının ortalarında Camal Əhmədov təklif etdi ki, həmin tarix ərəfəsində mitinq olsun. Birlikdə qərara gəldik ki, mitinqlə qurultay bir gündə olsun. Günortaya qədər qurultay, sonra mitinqi keçirək".

Etibar SEYİDAĞA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300