Ölkə prezidenti İlham Əliyevin ölkənin Milli Təhlükəsizlik orqanını bürüyən korrupsiya, rüşvətxorluq, reketçilik, təcürbəli kadrların hər hansı bir səbəb göstərilmədən təhlükəsizlik orqanlarından uzaqlaşdırılması, yerli xarici sahibkarlardan qanunsuz olaraq reketçilik yolu ilə küllü miqdarda vəsait əldə etmə faktlarını əsas tutaraq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən azad etdikdən sonra, həm Eldar Mahmudovun ölkə prezidentinin ona göstərmiş olduğu etimaddan yararlanaraq vəzifə səlahiyyətlərini aşması, nazir adına yaraşmayan reketçilik üsulu ilə fəaliyyəti, eyni zamanda da nazirliyin müxtəlif vəzifəli şəxsləri haqqında KİV-də onlarla məlumat yayılmağa başladı.
Eldar Mahmudovun dəstəsinin Eldar Mahmudovun dəstəsinin
MTN-də Eldar Mahmudovun birbaşa nəzarəti altında olan dəstənin əməlləri haqqında isə yeni ŞOK yaradacaq məlumat daxil olub. Məlumatda qeyd edilir ki, "Rusneft” şirkətinin aktivlərini alaraq 85 faiz pay sahibi "Global Investment Energy” məhz Eldar Mahmudovun "QİDALANDIĞI” gəlir sahələrindən biri olub. Belə ki, daxil olan məlumatda iddia edilir ki, "Global Energy İnvestment” şirkətində məsul vəzifələrə yerləşən Vuqar Rəsulov, İntiqam Sadıqov, Əlisətdər Vəliyev, İqor İvanoviç Kirdoda və Karasu ƏŞ nəqliyyatin təminatı meneceri Arif Alişov inquş əsilli Camal Yovlayevi bu il 2015-ci ilin fevral ayında MTN adindan istifadə edərək sıxma-boğmaya saldıqdan sonra Yollayevi işdən xaric edərək ölkəni tərk etməsinə nail olublar.Camal Yovlayevlə yaxin dost münasibətində olan Karasu ƏŞ nin mühəndisi Fuad Agayevin haqqinda anonim yazilar tirajlamişlar.Aprel ayinin 02 də Global Energy şirkətinin rəhbərliyi Fuad Agayevi siyasi baxişlarina görə işdən uzaqlaşdirmişlar.Fuad Agayev hakimiyyət numayəndələrini ve şirket rəhbərliyini ən cox korrupsiyada ittiham edən və sərt tenqid edən şəxslərdəndir.

Aprel ayinin 03 də Fuad Agayev savadli və peşəkar kadrlarin ovuna cixan şəxlərin izinə düşür və işin MTN əlaqəsi oldugunu görüb MTN Eldar Mahmudova şikayət məktubu yazir.İşin ictimayi rəy almasindan qorxuya duşən şəxslər Fuad Agayevi təkrar susdurmaq qərarina gəlirlər.Belə ki Global Energy Şirkətinin təhlukəsizlik xidmətinin Meneceri Vugar Rasulova bu işin MTN də 3 Şöbənin rəsi olan əmisi Rasul Rasulovdan yoluna qoyulmasını xahiş edirlər.

Aprel ayinin 04 2015 ildə Fuad Agayev MTN cagrilaraq MTN 6 idarəsinin 3 söbəsinin və antiterror mərkəzinin işçiləri tərəfindən vəhşicəsinə döyülür və ondan susmasi tələb olunur.

2014 ilin dekabr ayinda Karasu ƏŞ və Şirvan oil şirkətlərində Nəgliyyat Şöbəsinə rəis təyin olunan Camal Yovlayev Az.Migrasiya Xidmətində üzləşdiyi cətinliyi Fuad Agayevə danişır və ondan bu işdə yardimçi olmasini istəyir.Fuad Agayev Migrasiya xidmətində işləyən tanişinin vasitısilə öyrəndikdə məlum olur ki ARDNŞ sərmayələr idarəsi Migrasiya xidmətindən Camal Yovlayev kimi kadra ehtiyac olmadığı yönündə məktub aliblar.Belə ki aldığımız məlumata görə, əvvəlcə, SOCAR-ın xarici sərmayələr idarəsinin rəisi Vaqif Əliyevdən yardım istəyən onun GLOBAL ENERGY Şirkətindəki keçmiş iişçisi İntiqam Sadiqov ondan Miqrasya xidmətinə Camal Yovlayev kimi kadra ehtyac olmadığı yönündə məktub göndərilməsini xahiş edib və istəklərinə nail olublar.

Yenidən "Russneft”in sahibi Mixail Qutseriyev tərəfindən "Şirvanoil” və "Qarasu” şirkətinə Vitse Prezident vəzifəsinə təyinat alan Camal Yovlayevə qarsı artıq başqa ləkələmə yolunu seçirlər. Belə ki "Qarasu” ƏŞ nəqliyyatın təminatı meneceri Arif Alışov və G.E Şirkətinin Təhçizat meneceri İntiqam Sadiqov Camal Yovlayevi ləkələmək üçün yollar aramağa başlayıb…

Camal Yovlayev kimdir?

Məlumatda vurğulanır ki, Ruslan Yovlayev , "Rusneft” şirkətinin aktivlərini alaraq 85 faiz pay sahibi,”Global Investment Energy”nin sahibi – Mixail Kutseriyevin yaxın qohumu "Şirvanoil” və "Qarasu” ƏŞ-şirkətində nəqliyyat sahəsi müdür və vitse president vəzifələrində çalişib. Əldə etdiyimiz məlumatda deyilir ki, "Global Investment Energy”nin Azərbaycandakı nümayəndəsi İqor İvanoviç Kirdoda şirkətin mühafizə xidmətinin mencer Vuqar Rasulov vasitəsilə MTN-də yüksək ranqlı əməkdaşları ilə o cümlədən Vuqar Rasulovun MTN nin 6 İdarəsinin 3 cü şöbəsinin rəisi işıəyən əmisi Rasul Rasulovla mütamadi əlaqələr saxlayaraq ona lazım olmayan peşəkar kadrları ləkələyərək döydurərək santaj edərək işdən azad edirmişlər. Buna misal olaraq nəzərinizə çatdırırıq ki, adıçəkilən Vuqar Rəsulov MTN-nin keçmiş işçisi olub, sabiq nazir Eldar Mahmudovun yaxın qohumudur. Əmisi isə Rəsul Rəsulov MTN-də 6-cı Baş idarənin 3-cü şöbəsinin Sənayeyə Nəzarət edən idarənin rəisi olub.Vuqar Rasulovun qardaşi isə MTN Eldar Mahmudovun qardaşi qizi ilə evlidir.

Məlumatda deyilir ki, "Şirvanoil”un keçmiş vitse-prezidenti Camal Yovlayevi 2015 -cü ildə fevral ayında təcili Bakiya ISR PLASA-da yerləşən baş ofisə İqor Kirdoda yanına çağırılir və ona bildirir ki, MTN-dən ona qarşı məktub daxil olub. Məktubda deyilir ki, Camal Yollayev vəhabidir,Şirvan bölgəsində dini ekstremizmi təblig edən işlərlə məşguldur ona görədə işdən çıxarılmalıdır, ölkəni təcili tərk etməlidir. Camal Yollayev bu sözə etiraz əlaməti olaraq birbaş MTN-nə gedərək bu məsələnin araşdırılmasını istəyir. İqor Kirdodanın otağında Vuqar Rəsulov ona bildirir ki, çox gecdir o işdən azad olunub, 24 saat ərzində Bakını tərk etməlidir. Əks təqdirdə onlar MTN-nə xəbər verəcəklər və onu elə buradaca həbs edəcəklər.

Məlumatda bildirilir ki, Camalın işdən MTN-nin adından suçlanaraq çıxarılması sırf "Şirvanoil” və "Qarasu” şirkətində gedən korrupsiya faktlarını bilib məsələnin Mixail Qutseriyevə çatdırılmasından ehtiyat edən "Qarasu” ƏŞ-nin nəqliyyatın təminatı şöbəsinin meniceri Arif Alışov təcili , "Global Investment Energy” şirkətinin təchizat şöbəsinin menceri olan İntiqam Sadıqovla məsləhətləşdikdən sonra, İntiqam Sadıqov Arif Alışova söz verir ki, biz "Global Energy Investment”sirkətinin Mühafizə meneceri Vuqar Rəsulovun əli ilə Camalı işdən atarıq. Camal Yollayev işdən çıxarıldıqdan sonra isə "Şirvanoil” da 6 Kamaz tipli agregata 2 million 480 min dollar və "Qarasu”da bu dəstə AKA agregat qurğusuna təmir adı altında 120 min AZN, Bakines traktoruna 60 min AZN, su maşınına 55 min AZN, Hidrorotora 24 min AZN pul silərək və iki ədəd UPA Qazma qurğusunu şirkət ərazisindən naməlum istiqamətdə çıxararaq çirkli pullar əldə edirlər.

Dəstənin əməlləri bununla da bitməyib.Camal Yovlayev və Fuad Agayevin vurulmasindan arxayinlaşan bu quldur dəstəsi Russneftin Prezidenti M.Qutseriyevə yaxınlığı ilə bilinən milliyyətçə çeçen olan, "Global Investment Energy” şirkətinin Bakı ofisində məsul vəzifələrin birində çalışan Rüstəm Vatsanayevi də ləkələyiblər. Məlumatda deyilir ki, 2015 ilin avgust ayında Ruslan Vatsanayev Global Energy Şirkətində cox böyük maliyyə yeyintilərini aşkarlayir və Russneft rəhbərliyindən Baki offisinin maliyyə hesabılarinin təcili audit yoxlamasını tələb edir.

Məlumatın Moskva ofisinə yalniz Rustam Vatsanayev tərəfindən xəbər verilə biləcəyini öyrəndikdən sonra Rustam Vatsanayev GE prezidenti İqor İvanoviç Kirdodanın, İntiqam Sadıqov və mühafizə xidmətinin rəisi Vuqar Rəsulovun MTN-dəki cinayətkar dəstənin köməkliyi ilə işdən evə gedərkən İSR Plaza hoteli yaxinliginda özlərini təqdim etməyən üzü maskalı şəxslər tərəfindən maşına otuzdurularaq naməlum istiqamətə aparıblar.

Gözlərini MTN-nin təcridxanasında açan Ruslan Vatsanayev iki gündən sonra Rəsul Rəsulovun yanına dindirilməyə aparılarkən bilib ki, onu MTN-ə gətiriblər. Ruslan Vatsanayevi heç bir əsas olmadan Russiya Səfirliyinə bildirmədən 2 gün MTN –nin zirzəmisində saxlayıblar Məlumata görə, MTN-nin zirzəmisinə salınan çeçen əsilli neft mütəxəsisindən külli miqdarda pul tələb edirlər. Məlumatda vurğulanır ki, Ruslanı MTN də Vuqar Rəsulovun əmisi Rəsul Rəsulov dindirib və ona deyib ki, 100 000 dollar verməlisən. "Mənim yüz min dollarım yoxdur” hər hansi ittiham qaydasi varsa verin çəzami cəkməyə haziram dedikdə Rəsul Rəsulov cib telefonu ilə zəng edib Kirdodaya , "işçin pul verməkdən otkaz edir. Onu basacam vəhabi adından gedər gəlməzə”.

Məlumata görə, 2013-cü ildə, "Global Investment Energy”də yer almış cinayətkar dəstə,GE şirkətinin Azərbaycandakı rəhbəri İqor İvanoviç Kirdoda, "Global Investment Energy”nin təchizat idarəsinin meneceri İntiqam Sadıqov, "Qarasu” Neft Şirkətinindən Arif Alışov və adıçəkilən şirkətin mühafizə xidmətinin menceri olan Vuqar Rəsulov maliyyə meneceri Hikmət Alişov öz çirkin əməllərini gizlin həyata keçirmək üçün adıçəkilən şirkətlərin Azərbycandakı pay sahibi olan rusiyalı maqnat Mixail Qutseriyevin qohumunun və Fuad Agayevin başına açdıqları reketçiliklə yüz miliyonlarla manat əldə ediblər. Məsələ ilə bağlı artıq dövlət rəsmləri məlumatlıdır, gələn həftə Ruslan Vatsanayev və Camal Yovlayevin Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Baş Prokuror Zakir Qaralovun və MTN-nin müavini Mədət Quliyevin adına ünvanlanacaq adam oğurluğu və reketçilik, hədə-qorxu ilə pul tələbetmə və bu sifarişi verənlər barəsində rəsmi şikayət ərizəsi veriləcəkdir.

"AzəriQazBank”-a 30 milyondan cox pul Global İnvestment Energy şirkətinin budcəsindən necə ötürülüb?

Məlumatda o da vurğulanır ki, bir necə il əvvəl, 30 milyon dollardan çox pul "Global Investment Energy”nin şirkətinin büdcəsindən "AzəriQazbank”a gizlin ötürülüb və orada həmin pul dövriyyəyə buraxılaraq illərlə dövlətdən gizlincə miliyonlarla dollar qazanılib.Global Energy şirkətinin o cumlədən Karasu Operating Company nin maliyyə hesablari AGB-dir.

Daxil olan məlumatda daha sonra qeyd edilir ki, yalnız bu il 2015 ildə "Global Investment Energy”şirkətinin adından 3 milyon dollarlıq kondisioner Azərbycana gətirilib.

ƏŞ-t gömrükdən azad olduğu üçün milyon dollar vəsait gömrük rüsumu ödənmədən, dövləti aldadaraq MTN-dəki cinayətkar qrupa arxalanaraq gətirilən kondisionerləri guya şirkətin müxtəlif idarələrində quraşdırılacaq adı altında özəl mağazalarda satdıraraq 5 miliyon dollardan çox vəsait mənimsənilib.

Məlumatda o da bildirilir ki, müxtəlif illərdə "Qarasu” ƏŞ, "Şirvanoil”, "Binəqədi” və "Abşeronoil” şirkətləri adına 10 miliyon dollar dəyərində neft avadanlıqları trubalar ştanglar gətirılərək isitamətindən yayindirlilaraq daxili bazarda satılıb. SOCAR-dan və başqa dövlət idarələrindən onnlarla iş birliyində olanların hamısının adı istintaq sirri olduğu üçün yalnız Baş Prokurorluğa deyiləcək.

Məlumata görə, Camal Yovlayev və Ruslan Vatsanayevin bu həftə içində şikayət ərizələrinin Baş Prokurorluğa təqdim olunması gözlənilir və oda bildirlir ki, bu işlə bağlı hüquq mühafizə orqanları onların istintaq orqanlarına təcili gəlib ifadə vermələri üçün russneft@russneft.com emalinə və ya +74954116309 nömrəsinə zəng etməklə rəsmi dəvət edilsinlər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300