PKK-nın Münbiçdən çəkiləcəyi TARİX BƏLLİ OLDU

 

"Zeytun Budağı” Hərəkatı ilə qətiyyətini göstərən Türkiyə ilə ABŞ arasında Münbiç bazarlıqları davam edir.

Vaşinqton-Ankara xəttindəki danışıqlarda son mərhələyə gəldiyi ifadə edilir və terror təşkilatı PKK-nın Suriya davamı PYD/ YPG-nin iyul ayında Münbiçdən çəkilməsi gözlənilir.

"Habertürk”ün məlumatına görə, ABŞ Türkiyə ilə Münbiç mübahisəsini həll etmək üçün yenidən danışıqlara başlayıb.

MÜNBİÇ MÜZAKİRƏ OLUNUR

ABŞ-ın xarici işlər naziri vəzifəsinə Mayk Pompeonun gəlməsi ilə Münbiç məsələsinin müzakirəsinin ikinci mərhələsinə başlandığı bildirilir. Siyasi çevrələr, ABŞ-ın Rusiyanın bölgədə hegemon güc nümayiş etdirdiyi bir şəraitdə Türkiyə ilə qarşı-qarşıya gəlməsinin arzu edilməz olduğunu düşünürlər. Bu səbəblə Türkiyə ilə Münbiç məsələsində bir razılaşma planına ABŞ-ın hazır olduğu bildirilir. Ancaq ABŞ rəsmilərinin terror təşkilatı İŞİD ilə mübarizəyə də xüsusi diqqət çəkəcəyi bildirilir.

İYULDA ÇƏKİLMƏ PLANLAŞDIRILIR

ABŞ ilə Münbiç diplomatiya yolunun ikinci və üçüncü mərhələsinin başa çatdığını ifadə edən Amerikalı diplomatik mənbələr, iyun ayında şərtlərin uyğun olduğu zamanda keçiriləcək son görüşdən sonra, iyul ayının ilk həftəsində terror təşkilatı PYD/YPG-nin Münbiçdən çəkilməsinin planlaşdırıldığını bildirir. Ancaq Ankara, ABŞ-ın bir "baş qatma” siyasətinə qarşı konkret bir təqvimi təqdim etməsini istəyir. Türkiyə, Suriyada yeni konstitusiyanın hazırlanması prosesinin başlaması vəziyyətində Münbiç xalqının da PKK-nın təsiri altında qalmadan prosesə daxil olmasını istəyir.

YERLİ HAKİMİYYƏT YARADILACAQ

Diplomatik mənbələr, Münbiçin boşaldılmasından sonra şəhərdə asayiş və idarəetmə zəifliyi yaranmaması üçün yerli hökumət və şəhər məclisinin yaradılmasının planlaşdırıldığı bildirilir. Mənbələr, PYD və ona bağlı qrupların çəkilməsi ilə sinxron olaraq yerli hakimiyyət yaradılması prosesinin başlayacağı və şəhərin əhalisinin əksəriyyətini təşkil edən Sünni Ərəblərin əksəriyyət təşkil etdiyi bir şəhər məclisi qurulacağını, şəhərdəki Ərəb tayfaların nəzərə alınacağını bildirir. Münbiçli Ərəb tayfa liderindən Əbu Məhəmməd Nidal, "Amerikalı hərbi məsləhətçilər bu ana qədər bölgədəki 9 Ərəb tayfasından 7-sinin rəyini alıb. Böyük ölçüdə təhlükəsizlik qayğılarına dair gözləntilərin aradan qaldıracağına dair söz veriblər. Bizim istədiyimiz şəhərin idarəolunmasının bizə təhvil verilməsidir” deyə, söyləyib.

(muxalifet.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300