Fransalı nazir Bəşər Əsədi hədələdi:"Vura bilərik”
Fransanın müdafə naziri Florans Parli Əsədə rejiminin kimyəvi silah işlədiləcəyi təqdirdə, Suriyaya hava zərbələrinin endirilməsini istisna etməyib.
Avropa.info-nun xarici KİV-ə istinadən məlumatına görə, fransalı nazir deyib ki, kimyəvi silahın tətbiqinə yol vermək olmaz və buna qarşı mübarizə aparılmalıdır.
Onun sözlərinə görə, aprelin 14-də Suriyaya hava zərbələrinə ona görə məruz qaldı ki, Dəməşq tərəfindən ikinci belə bir hal baş verməsin.
"Belə bir hal təkrarlanarsa, biz yeni hava zərbələri endirmək barədə qərar qəbul edə bilərik”- deyə, fransalı nazir bildirib.