Rauf Talışinski sabah dəfn ediləcək - vidalaşma mərasimi Təzəpir məscidində olacaq

 

Xəbər verildiyi kimi, bu gün "Exo” qəzetinin baş redaktoru Rauf Talışinski qəflətən vəfat edib. Onun infarktdan vəfat etdiyi bildirilir.

Mərhumun yaxınlarının Musavat. com-a verdiyi məlumata görə, mərhum sabah saat 14-də Təzəpir məscidindən götürülərək dəfn məkanına aparılacaq. R.Talışinski ilə vidalaşma və hüzr məclisi də sözügedən məsciddə olacaq.

Qeyd edək ki, Rauf Talışinski 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Lomonosova adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

"Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.

Rauf Talışinski 27 Yanvar 2001-ci ildən "Exo" qəzetinin baş redaktoru olub. Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300