NQÇİ-nin işçiləri pomidor əkir… – Zirədə

 

SOCAR–ın Abşeronneft NQÇİ -də Şahmar Hüseynovun özəl qaydaları: idarənin işçiləri pomidor əkir, çobanlıq edir və s…

 

Mədənlərdə çalışmalı olan işçiləri şəxsi obyektlərində çalışdıran Şahmar Hüseynovun onların əmək haqqlarının da yarı faizinə sahib çıxdığı qeyd edilir. Bununla belə Şahmaq Hüseynovun Dövlət Neft Şirkəti İstehsalat Birliyinin Baş direktoru Daşqın İsgəndərovu əvəz edəcəyi barədə də söyləntilər var.

SOCAR – ın "Abşeronneft” neft və qazçıxarma idarəsində (NQÇİ) dövlət vəsaitinin mənimsənilməsi və digər qanun pozuntuları ilə bağlı saytımıza məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, idarənin rəisi Şahmar Hüseynov qohumlarını vəzifəyə yerləşdirməklə yanaşı, işçi kollektivinin də hüquqlqrını pozur.

Daxil olan məlumata əsasən idarə rəisinin Zirə qəsəbəsində yerləşən parnik və fermalarına cəlb edilən işçilər əslində "Abşeronneft”NQÇİ – də çalışan şəxslərdir. Mədənlərdə çalışmalı olan işçiləri şəxsi obyektlərində çalışdıran Şahmar Hüseynovun onların əmək haqqlarının da yarı faizinə sahib çıxdığı qeyd edilir.

Idarə rəisinin bu əməlinə görə mədənlərdə işçilərin sayı 4 və ya 5 nəfərə çatıb. Halbuki, bu say 20- yə yaxın olmalıdır. Bununla kifayətlənməyən Şahmar Hüseynov pensiya yaşına çatan işçiləri işdə saxlamaqla onların da əmək haqqlarını mənimsəyir.

 

"Abşeronneft” neft və qazçıxarma idarəsində rəisin qanunsuz əməlləri və tələblərindən narazılıq edənlərin sayı artmaqdadır. SOCAR prezidenti Rövnəq Abdullayevə müraciət hazırlamaqda olan işçi kollektivinin qanunsuz və şəxsi işlərə cəlb edilməsi ilə bağlı daxil olan müraciətlər araşdırılır.

Şahmar Hüseynovun Zirə qəsəbəsində milyonlar hesabına başa gətirdiyi biznesinin və digər fəaliyyəti barədə faktları növbəti yazıda diqqətinizə çatdıracağıq. Mədən rəisi Baləli ilə işbirliyinə girərək NQÇİ – nin işçilərini başqa işlərə cəlb edən və mədənləri boş qoyan Şahmaq Hüseynovun qeyd olunanlarla bağlı münasibət bildirməsini gözləyirik.

Onu da bildirək ki, idarə rəisi yaxın zamanlarda yeni vəzifəyə təyinat alacağını və Dövlət Neft Şirkəti İstehsalat Birliyinin Baş direktoru Daşqın İsgəndərovu əvəz edəcəyini dilə gətirib. Rövnəq Abdullayevin yaxını kimi tanınan Ş.Hüseynovun dövlət vəsaitini talaması ilə bağlı faktlar isə araşdırılmır. (Realliqinfo.org)

 

 
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300