İran prezidenti: "Telegram” hökumətin səyi və istəyi ilə bağlanmayıb”

 

"Telegram” messencer sistemi hökumətin səyi və istəyi ilə bağlanmayıb”.

"Report” xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani "İnstagram” səhifəsində yazıb.

"İndiyədək heç bir sosial şəbəkə, messencer hökumətimiz tərəfindən qapadılmayıb və qapadılmayacaq. "Telegram” messencer sistemi hökumətin səyi və istəyi ilə bağlanmayıb”, - deyə Həsən Ruhani qeyd edib.

Onun sözlərinə görə, bu qərarı məhkəmə hakimiyyəti müstəqil qəbul edib: "Həmin qərara əsasən, operatorlar messencerə girişi dayandırmalıdır”.

Qeyd edək ki, aprelin 30-da İran məhkəməsinin qərarı ilə "Telegram”dan istifadə etmək qadağan olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300