Azərbaycan Avropa Hərəkatının prezidenti, Ümid Partiyasının sədr müavini Ramin Hacılı 2015-ci il Parlament seçkiləri zamanı ölkəni təcili tərk etməsinin səbəblərini ilk dəfə açıqlayıb. 

"2015-ci il parlament seçkilərinə aktiv şəkildə qatılacağımı ilin əvvəlindən bəyan etmişdim. Artıq iyun ayında ofisimiz, əməkdaşlarımız, peşəkar kadrlarımız hazır idi. Komanda olaraq çox fəal bir seçki planı qurduq. Bundan dərhal sonra bizə qarşı bir hücum başladı. Mən hər zaman özümə qarşı olan hücumları ictimailəşdirməkdən imtina etmişəm. Çünki bu halda insanlar bizimlə birgə olmaqdan çəkinirlər. Buna görə barəmizdə "təzyiq yoxdursa, hökumətin adamıdı” deyilməsinə bilərəkdən razı oluruq. Onu da deyim ki, bizə  basqılar açıq və birbaşa olmur. Bunu məsələn, fürsət tapıb şayiə buraxmaqla, hansısa işə dolayısıyla əngəl olmaqla edirlər. Bu özü də bir növ tərkisilah yoludu. İstəyirəm növbəti dəfə oyunları pozum və hər şeyi açıqlayım. Baxmayaraq ki, biz dövlətimizin adına xələl gəlməsini istəmirik, lakin görünür bunu istəyənlər elə dövlət adından danışanlardı.

Uzun müddət idi ki, mənim "www.raminhacili.info" domenim porno saytların birinə yönləndirilmişdi. Bu, deputatlığa namizəd üçün ciddi bir problem idi. İki ilə yaxın müddətdə bunu həll etməkdə çətinlik çəkirdim.

2015-ci ilin iyun ayında mənə "facebook"dan bir  şəxs tərəfindən müraciət daxil oldu ki, bu problemi müəyyən vəsait qarşılığında həll edə bilər.

Dedim ki, həll edin, sonra istədiyiniz vəsaiti ödəyərəm. Razılaşdıq, işə başladı. Növbəti gün artıq problem aradan qaldırılmışdı. Başqa mail vasitəsi ilə, sayt yenidən mənim adımda oldu. Problem çözüldü düşündük, həmin şəxsin təkidi ilə o domendə mənim üçün özünün qurmaqda olduğu sayta daxil ola bilirdim. Guya iş gedirmiş. Bu işləri də görmək üçün məndən ayrıca vəsait almışdı.

Günün birində bu adam yoxa çıxdı. Onu tapmayanda biz İT sahəsində çalışan peşəkarlara müraciət etdik ki, həmin domen əsasında sayt yaratmağa kömək etsinlər.

Məlum oldu ki, bu domen virusdu və kim ora daxil olursa onun kompüterində,  telefonunda  olan papkalar götürülür.

Bu arada başqa bir adam məni davamlı olaraq təhdid və şantaj etməyə başladı. 

Təhdid edən şəxs deyirdi ki, sənin və ailənin kompüterinin, telefonlarınızın yaddaşına daxil olmuşuq, əlimizdə materiallar var. Əvvəlcə inanmadım. Amma sonradan o elə məlumatlar verdi ki, narahat olmağa başladım.

Mənə gələn materialı ofisdə olarkən öz kompüterimlə, evdə olarkən isə xanımımın kompüterilə açıb oxuyurdum. Bunlar da bu vasitə ilə hər iki kompüterin yaddaşını köçürüblər. Bu bizi çox narahat etməsə də, onun dediyi kimi kompüter kamerası vasitəsi ilə evin içinə daxil olub-olmamasını gərginlik yaratmışdı. Çünki iddia edirdi ki, kompüter kamerasıyla evdən görüntülər əldə edib. Həmin adam əlində çox ciddi material olduğunu və bunu açıqlayacağını deyərək məni davamlı şantaj edirdi.

Məndən tələb edirdilər ki, xanımım Aysel Əlizadə və mən seçkilərdən geri çəkilək.

Namizədliyimi geri götürməsəm də seçki gününə bir ay qalmış kampaniyanı dayandırmaq qərarına gəlmişdik. Buna səbəb namizədlərə efir vaxtının verilməməsi, seçki məcəlləsində olan boşluqların qalması, beynəlxalq müşahidəçilərin prosesə buraxılmaması, dövlət resurslarının YAP namizədlərinin xeyrinə işlənməsi, Vətəndaş Cəmiyyəti İnisututlarının dişsiz hala salıması idi. Passiv mövqe tutmaq qərarımızdan sonra, geri çəkilmək barədə düşünməyən xanımım Aysel Əlizadəyə yardım etmək qərarı aldım.

Şantaj edənlər təkidlə Azay Quliyevin adını çəkir və xanımımın onun xeyrinə namizədliyini geri çəkməsini istəyirdi(lər). Düşünürdüm ki, bu qrupa tapşırığı Azay Quliyevin komandası verir. Ona qarşı çox qəzəbli idim. Yaydığım video müraciətdə MTN başda olmaqla bütün tərəflərə qəzəbimi göstərirdim. Nə olur olsun insanlarla, rəqiblərlə münasibətdə təmkinli olmağa çalışmışam. Ancaq indi vəziyyət başqa idi. Baş verənlər səbrimi daşırırdı. Sonradan Azay Quliyevin mənə çaşqın halda verdiyi "Mənə qarşı niyə belə aqressivsən?” sualı bu barədə yenidən düşünməmə səbəb oldu. "Burda nəsə başqa bir oyun oynanılır” versiyası istisna deyildi.

Türkiyədə yaşayan və İT sahəsi üzrə çalışan Emre adlı dostum ilə əlaqə saxladım. O mənə yardımçı olacağını bildirdi. Seçki gününə az qalmış yoxa çıxmamın yaradacağı ajiortajı təxmin etmişdim və bununla həm də oyunları pozmaq istəyirdim. Namizəd olduğum dairədə əleyhimə plan qurulduğundan xəbərdar idim. Belə də oldu, seçki günü guya mənim adıma yazılmış bülletenlər "tutuldu” (!) Yalnız bir dairədə, kameraların gözü qarşısında saxta bülletenlər aşkarlanır, o da, sən demə, mənim adıma hazırlanıb. Bunu yayan "Azadlıq” qəzeti oldu ki, o da ayrı problemdi.

Barəsində dediyim "www.raminhacili.info” domeninə virisu qoyan adamı ortaya çıxarmaq üçün bir sentyabr tarixində polisə müraciət etmişdim. Üstündən 40 gün keçməsinə baxmayaraq 102 xidmətinə etdiyim müraciət, yazdığım ərizə əsasında heç bir tədbir görülmürdü.

Qərara gəldim ki, bütün materialları götürüb Emre ilə görüşə gedim və özümüz bu həmlənin edildiyi ünvanı aşkarlayaq, adamı və ya adamları ortaya çıxaraq. Elə getməliydim ki, bunu heç kəs bilməsin. Çünki izlənirdim. Telefonları söndürdüm, kompüterimi götürdüm və bir sutkaya Ankaraya çatdım. Emre məni hakerlərlə görüşdürdü. Məndə olan virusların potensialını, təhdid gələn ünvanın İP-sini tapdıq. Məlum oldu ki, bu adam bizim evə yaxın yerdə qalır və ya ev kiralayıb.

Mütəxəsislər əsas məsələyə aydınlıq gətirdi:  o adam kamerayla evimizə daxil ola bilməyib. Bu məsələ tez zamanda aydın olduğu üçün "facebook” profilimdə yazdığım tarixdə - 2 noyabrda yox, daha tez qayıtdım.

Təhdid edən şəxs(lər)in ünvanını, hansı proqramlarla işlədiyini, virusun funksiyalarını öyrəndik. Məlum oldu ki, Delta Telecom-dan öz evinə birbaşa ayrılmış xətt (fiper optik) çəkdirib. Provayder olmadığından adresi dəqiq təyin etmək mümkün olmur, yalnız yerləşdiyi ərazini aşkarlaya bildik. Kiber terror seçkidən sonra da, bu gün də davam edir. Sonradan olanlar artıq türkiyəli dostlarım tərəfindən deşifrə olunur.(Qaynar.info)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300